Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdlərinin
verilməsi haqqında
"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
Axundov Rafael Mirvahab oğlu Qazıbəyov Nadim Hüseyn oğlu
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 iyun
2009-cu il
Azərbaycan.-2009.-5 iyun.-S.1.