Xalq şairi
Vaqif Səmədoğluya
Hörmətli Vaqif Səmədoğlu!
Sizi - müasir Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndəsini
70 illik yubileyiniz münasibətilə səmimi
qəlbdən təbrik
edir, sizə cansağlığı, uzun
ömür və yeni yaradıcılıq uğurları arzulayıram.
Siz respublikamızda
ədəbi prosesin inkişafına töhfələr
vermiş nəslin istedadlı nümayəndəsi
olduğunuzu sənət
aləminə gəldiyiniz
ilk vaxtlardan nümayiş etdirmisiniz. Sizin yaradıcılığınız
mövzu rəngarəngliyi,
poetik təfəkkürün
genişliyi və əhatəliliyi ilə səciyyələnir. Sənətsevərlərin
diqqətini daim cəlb edən, özünəməxsus ifadə
tərzinə malik poeziyanızda dünyanın,
insanın və cəmiyyətin fəlsəfi
dərki məsələləri
mühüm yer tutmuşdur. Sözlərinizə
bəstələnmiş mahnılar
dilimizin geniş bədii imkanlarından ustalıqla faydalandığınızı
təsdiq edir.
Teatr və kino üçün yazdığınız əsərlər
yüksək sənətkarlıq
keyfiyyətləri ilə
seçilmiş, tamaşaçıların
rəğbətini qazanaraq
sizi, eyni zamanda dramaturq kimi tanıtmışdır.
Ölkəmizin ədəbi-mədəni həyatında,
həmçinin ictimai-siyasi
sahədə yaxından
iştirak etməklə
göstərdiyiniz təqdirəlayiq
səmərəli fəaliyyət
sizin əsl vətəndaşlıq mövqeyinizin
aydın ifadəsidir.
İnanıram ki, siz yeni əsərlərinizlə
ədəbiyyatımızı daha da zənginləşdirəcək
və xalqımızın
milli-mənəvi dəyərlərinin qorunub
yaşadılması naminə
bundan sonra da bacarığınızı
əsirgəməyəcəksiniz.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 iyun 2009-cu il
Azərbaycan.-2009.-5 iyun.-S.1.