Azərbaycanın və Ermənistanın xarici işlər
nazirləri mətbuata açıqlama vermişlər
İyunun 4-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra hər iki ölkənin xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbandyan mətbuata açıqlama vermişlər.
Edvard Nalbandyan: Biz deyə bilərik ki, görüş konstruktiv tərzdə keçdi, tərəflər irəliləməkdə davam edirlər. Hərçənd, bu gün hər hansı əhəmiyyətli irəliləyişdən və ya tərəqqidən danışmaq mümkün olmasa da, tərəflər irəliləyirlər və danışıqların davam etdirilməsi barədə razılığa gəlmişlər. Prezidentlər arasında yeni görüşün hazırlanması mümkündür. Bununla əlaqədar prezidentlər xarici işlər nazirlərinə Minsk qrupunun həmsədrləri ilə birlikdə müvafiq hazırlıq işlərinin görülməsi və tərəflərin mövqelərinin razılaşdırılması üzrə gələcək danışıqların davam etdirilməsi barədə tapşırıq vermişlər.
Elmar Məmmədyarov: Mən həmkarımın dedikləri ilə razıyam. Yalnız əlavə edə bilərəm ki, əvvəlkilərdən fərqli olaraq bu görüş başqa tərzdə keçirilmişdir. Əlbəttə, irəliləyiş olduğunu deyə bilmərik - deyilənlərlə tam razıyam ki, görüşdə müəyyən irəliləyiş olmuşdur. Lakin prinsipcə böyük anlaşma, bir-birinin mövqelərinin daha çox dərk edilməsi və ən başlıcası, irəliləyiş, bu məsələnin həll olunmasının vacibliyi barədə ümumi razılıq var və bu qərar çox sevindiricidir.
SUAL: Məhz hansı məsələlər ətrafında mübahisəli mövqelər olmuşdur?
Elmar Məmmədyarov: Mən belə xarakterizə edərdim. Praqa prosesindən başlayaraq Madrid sənədində əksini tapan son beş il müddətində işlənmiş prinsiplər mövcuddur. Prezidentlər səviyyəsində indi müzakirə olunan bu prinsiplərin bəziləri üzrə anlaşmalarda müəyyən konturlar hiss olunur. Bu kontekstdə deyə bilərəm ki, əgər sənəd qəbul edilsə, - bu isə ümumi anlaşmadır, - onda həmin sənəd birgə şəkildə qəbul ediləcəkdir.
SUAL: Hansı məsələlər
müzakirə edilmişdir?
Elmar Məmmədyarov:
Bütün məsələlər müzakirə
edilmişdir.
SUAL:
Edvard
Nalbandyan: Təbii, danışıqlar
SUAL: Cənab Məmmədyarov, belə ola bilərmi ki, sonra siz bəyanat verəcəksiniz ki, Ermənistan yenə tam konstruktiv mövqe tutmamışdır?
Elmar Məmmədyarov: Sizə cavab verirəm ki, bizim bəyanatlar, - siz yəqin ki, mənə istinad edirsiniz, - həmişə faktlara və reallıqlara əsaslanır. Çox sağ olun.
AzərTAc
Azərbaycan.-2009.-5 iyun.-S.2.