Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatmışdır

 

Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatmışdır.

Dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin "Pulkovo-1" hava limanında Rusiyanın yüksək vəzifəli dövlət hökumət nümayəndələri böyük hörmət ehtiramla yola saldılar.

Dövlətimizin başçısı həmin gün Bakıya gəldi.

Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-6 iyun.-S.1.