"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda əlavələr və dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹2, maddə 79) aşağıdakı dəyişiklik əlavələr edilsin:

1. 2.1.2.6-cı maddədə "Azərbaycan Respublikası Milli Bankının (bundan sonra - Milli Bank) uçot dərəcəsinin 1,8 mislindən" sözləri "bu qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən" sözləri ilə əvəz edilsin;

2. 2.1.9-cu maddədə "Milli Bank" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank)" sözləri ilə əvəz edilsin;

3. qanunun mətnində "Milli" sözü "Mərkəzi" sözü ilə əvəz edilsin;

4. Aşağıdakı məzmunda 8.1.20-ci maddə əlavə edilsin 8.1.20-ci maddə müvafiq olaraq 8.1.21-ci maddə hesab edilsin:

"8.1.20. qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir;"

5. 26-cı maddə aşağıdakı redaksiyada verilsin:

"Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.".

II. 2009-cu il yanvarın 1-dən sonra Mərkəzi Bankın uçot dərəcəsinin 1,8 mislindən yuxarı faiz dərəcələri ilə, lakin "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən ediləcək faiz dərəcəsinin yuxarı həddinədək olan faiz dərəcələri ilə cəlb edilmiş əmanətlər qorunan əmanətlər hesab edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2009-cu il

 

Azərbaycan.-2009.-6 iyun.-S.1.