"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan
Respublikası Qanununda
dəyişiklik və
əlavələrin edilməsi
barədə" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı
"Əmanətlərin
sığortalanması haqqında"
Azərbaycan Respublikası
Qanununda dəyişiklik
və əlavələrin
edilməsi barədə"
Azərbaycan Respublikasının
2009-cu il 8 may tarixli 810-IIIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bir ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının
"Əmanətlərin sığortalanması
haqqında" Azərbaycan
Respublikası Qanununda
dəyişiklik və
əlavələrin edilməsi
barədə" Azərbaycan
Respublikası Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Əmanətlərin
sığortalanması haqqında"
Azərbaycan Respublikası
Qanununda dəyişiklik
və əlavələrin
edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanunundan irəli gələn məsələləri
həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
3 iyun 2009-cu il
Azərbaycan.-2009.-6 iyun.-S.1.