İsveçin kralı əlahəzrət
XVI Karl Qustava
Əlahəzrət!
Milli bayramınız - İsveç Bayrağı günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə İsveç arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveç xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 22 may 2009-cu il
Azərbaycan.-2009.-6 iyun.-S.1.