Müasir ədliyyə məhkəmə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdiriləcəkdir

 

Azərbaycanda həyata keçirilən demokratik hüquqi islahatlar çərçivəsində son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının etibarlı təmin olunması, ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsinə dair genişmiqyaslı islahatlar aparılmış, beynəlxalq standartlara uyğun ədliyyə məhkəmə infrastrukturları yaradılmışdır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq şəraitində həyata keçirilən bu islahatlara maliyyə qurumları tərəfindən dəstək verilir. Dünya Bankı bu sahədə təşəbbüs irəli sürərək, Ədliyyə Nazirliyi ilə "Ədliyyə sisteminin müasirləşdirilməsi" adlı birgə layihənin həyata keçirilməsi barədə Saziş imzalanmışdır.

Layihəyə əsasən, ədliyyə məhkəmə sahəsində infrastrukturun yeniləşməsi ən müasir texnologiyaların tətbiq edilməsi nəzərdə tutulmuşdur.

Cari ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Ali Məhkəmənin yeni inzibati binasının müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilməsi bu tədbirlər çərçivəsində həyata keçirilmiş, Məhkəmə-Hüquq Şurası Konstitusiya Məhkəməsinin isə kompüter İKT avadanlığı ilə təchiz olunmasına başlanılmışdır.

Ədliyyə məhkəmə orqanlarının idarəetmə imkanlarının gücləndirilməsi, vahid şəbəkənin yaradılması, sənəd dövriyyəsi informasiya axınının əsaslı təhlilinin aparılması üçün informasiya texnologiyaları üzrə yüksək ixtisaslı milli beynəlxalq ekspertlər seçilmiş, beynəlxalq tələblərə uyğun 21 məhkəmə binasının inşası, yenidən qurulması əsaslı təmiri məqsədilə layihələndirmə işlərinə başlanılmışdır.

İnşa olunacaq məhkəmə binalarının beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanmış layihələrinin bu günlərdə Ədliyyə Nazirliyində təqdimatı keçirilmişdir.

Tədbirdə vətəndaşların məhkəmələrə müraciət imkanlarının sadələşdirilməsi, məhkəmə fəaliyyəti barədə onların məlumatlarının genişləndirilməsi, müasir tələblərə cavab verən işin təşkili məqsədilə bir sıra məhkəmələrin yeni infrastrukturunun yaradılması sahəsində işlər qeyd edilmiş, layihələndirilən məhkəmə binalarının ilkin eskizləri daxili quruluşu geniş müzakirə olunmuş, səmərəli təkliflər tövsiyələr verilmiş, vətəndaşlar üçün məhkəmə binalarında yerlərin ayrılmasına xüsusi diqqət yetirilmişdir.

Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Bakı Apellyasiya Məhkəməsinin, Ağır Cinayətlərə dair İşlər üzrə digər məhkəmələrin sədrləri, həmçinin Bakıda səfərdə olan Dünya Bankının nəzarət missiyasının rəhbəri Devid Bernşteyn tədbirdə iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-6 iyun.-S.6.