Redaksiyada görüş
"Azərbaycan"
qəzetinin Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov qonağı salamlayaraq qəzetin tarixi və hazırkı fəaliyyəti barədə
məlumat verdi. O qeyd etdi ki,
1918-1920-ci illərdə Azərbaycan
Xalq Cümhuriyyətinin
rəsmi qəzeti olmuş "Azərbaycan"
milli müstəqilliyimizin
bərpasından sonra
yenidən nəşrə
başlamış və
bu gün eyni funksiyanı yerinə yetirir. Qəzet ölkədə və dünyada cərəyan edən hadisələri işıqlandırarkən ümummilli
məsələlərə, cəmiyyəti düşündürən
problemlərə xüsusi
diqqət yetirir, eyni zamanda, dost
ölkələrdə, o
cümlədən Səudiyyə
Ərəbistanında baş
verən yeniliklərlə oxucuları tanış edir.
Baş redaktor qonağın xahişi ilə ölkəmizdə
kütləvi informasiya
vasitələrinin vəziyyəti
ilə bağlı da ətraflı məlumat verdi. O bildirdi ki, Azərbaycan
dövləti demokratik
cəmiyyətin ayrılmaz
tərkib hissəsi olan müstəqil mətbuatın inkişafını
daim diqqət mərkəzində saxlayır.
Milli müstəqilliyin bərpasından
ötən müddət
ərzində KİV-in
fəaliyyətinin qanunvericilik
bazası müntəzəm
olaraq təkmilləşdirilmiş,
mətbuat azadlığının
təmin olunması üçün ardıcıl
tədbirlər həyata
keçirilmişdir. Ölkədə
fəaliyyət göstərən
çoxsaylı qəzet,
jurnal, informasiya agentliyi, televiziya və radio kanalları
daim dövlət qayğısı ilə əhatə olunur. Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti
Yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması bu istiqamətdə atılmış
növbəti mühüm
addım kimi ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanmışdır.
"Əl-Cəzirə" qəzetinin baş redaktoru Xalid Malik ölkəmizlə tanışlığından məmnunluğunu
ifadə edərək
qeyd etdi ki, Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra qarşısına çıxmış bir-birindən mürəkkəb
problemlərə, xüsusilə
Ermənistanın hərbi
təcavüzünün ağır nəticələrinə baxmayaraq,
diqqətəlayiq uğurlar
əldə etmişdir.
O qeyd etdi ki, Səudiyyə Ərəbistanı Krallığı
Azərbaycanla ikitərəfli
əlaqələrin inkişafına
xüsusi əhəmiyyət
verir. Bu istiqamətdə hər iki dövlətin atdığı addımlar
dost xalqların mənafeyinə xidmət edir və böyük
perspektivlərdən xəbər
verir. Eyni zamanda, ölkə mətbuatı, o cümlədən "Əl-Cəzirə" qəzeti
öz səhifələrində
Azərbaycan həqiqətlərinə
həmişə yer ayırır.
Görüşdə iki
ölkənin kütləvi
informasiya vasitələri,
o cümlədən
"Azərbaycan" və
"Əl-Cəzirə"
qəzetləri arasında
əməkdaşlığın genişləndirilməsi ilə
bağlı fikir mübadiləsi aparıldı,
təkliflər irəli
sürüldü. Belə
bir yekdil fikir vurğulandı ki, bu sahədə qarşılıqlı əlaqələrin
dərinləşdirilməsi dost xalqların bir-birinə daha da yaxınlaşmasına
şərait yaradar.
Görüşdə ölkəmizin
Səudiyyə Ərəbistanındakı
səfiri Tofiq Abdullayev, Mədəniyyət
və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev iştirak edirdilər.
Azərbaycan.-2009.-7 iyun.-S.3.