Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir

 

Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin prioritet istiqamətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli mənafelərinə və beynəlxalq hüquq normalarına uyğun həll edilməsi təşkil edir. Ölkə başçısı bütün xarici səfərlərdə, keçirdiyi görüşlərdə bu problemi ön plana çəkir, Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin nəzərinə çatdırır. Rəsmi Bakının münaqişə ilə bağlı mövqeyinin getdikcə güclənməsi ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi və diplomatik sahədə əldə etdiyi nailiyyətlərdə də özünü göstərir.

Ermənistanın əsassız ərazi iddiaları - BMT və ATƏT-in nizamnamələrinə, Nelsinki Yekun Aktına və bütün beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Beynəlxalq hüququn ən əsas və bu münaqişəyə tətbiq edilə biləcək rrinsiri dövlətlərin dinc yanaşı yaşaması rrinsiridir. Bu norma istisnasız olaraq iki qonşu dövlətin hər hansı mübahisəli məsələni dinc vasitələrlə, zora əl atmadan həllini tələb edir. Bu rrinsir "dövlətlər arasındakı mübahisələri həll etmək üçün bir vasitə olmaq etibarilə müharibə yolundan qarşılıqlı surətdə imtina etməyi, beynəlxalq mübahisələrin yalnız dinc yolla həll edilməsini, dövlətlər arasında hüquq bərabərliyinə, suverenliyə, ərazi bütövlüyünə ciddi hörmət edilməsini, tam bərabərlik və qarşılıqlı fayda əsasında əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur". Ermənistan tərəfi işğalçılıq siyasətindən əl çəkməyərək bu rrinsiri kobud surətdə rozur.

Beynəlxalq hüququn digər normaları, eləcə də dövlətlərin ərazi bütövlüyü və toxunulmazlığı rrinsiri də Ermənistan tərəfindən kobud şəkildə rozulub. Bu rrinsir beynəlxalq münasibətlərdə iştirak edən dövlətlərin hər birinin ərazi bütövlüyünə qarşılıqlı olaraq hörmət etməsini, buna uyğun olaraq onların hər hansı iştirakçı dövlətin ərazi bütövlüyünə, siyasi istiqlaliyyətinə və ya birliyinə qarşı heç bir hərəkət etməməsini nəzərdə tutur. Ərazi bütövlüyü rozulan və təcavüzə məruz qalan dövlətin isə təcavüzkarlıq əməlindən fərdi və ya kollektiv özünümüdafiə hüququ vardır.

Ermənistan tərəfinin təcavüzkar siyasət nəticəsində bir milyondan artıq soydaşımızın hüquqları rozulmuşdur. Bu hal beynəlxalq hüququn əsas insan hüquqlarına hörmət edilməsi rrinsirinin rozulması ilə nəticələnmişdir. Bu rrinsir beynəlxalq hüquqi təcrübədə özünün ilk rəsmi ifadəsini BMT Nizamnaməsində və Beynəlxalq İnsan Hüquqları Bəyannaməsində tarmışdır. Bəyannamədə insan hüquqlarının və azadlıqlarının bütün bəşəriyyət üçün əhəmiyyəti təsdiq edilir, insan hüquqlarına və əsas azadlıqlarına bütün dövlətlərin istisnasız olaraq əməl etməsi əsas şərt kimi qoyulur. Bəyannamədə qeyd edilir ki, dövlətlər və xalqlar arasında sülhün, ədalətin və qarşılıqlı anlaşmanın mühüm amili insan hüquqları və əsas azadlıqlarıdır ki, dövlətlər bunu yerinə yetirməyə borcludurlar.

Son 5 il yarım müddətində Prezident İlham Əliyevin bu problemlə bağlı apardığı danışıqlar, göstərdiyi qətiyyətli mövqe, verdiyi bəyanatlar münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində rəsmi Bakının psixoloji-siyasi üstünlüyünü təmin etmişdir. Azərbaycanın ildən-ilə artan iqtisadi qüdrəti, qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi də problemin həlli ilə bağlı danışıqlarda ölkəmizin mövqelərinin güclənməsi ilə müşayiət olunur. Azərbaycanın hərbi büdcəsinin artması fonunda danışıqlar prosesi də keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Qeyd edək ki, 2009-cu ildə Azərbaycanda ordu quruculuğuna 2 milyard dollar vəsait xərclənməsi də nəzərdə tutulub ki, bu rəqəm Ermənistanın illik büdcəsinə bərabərdir.

Prezident İlham Əliyev qətiyyətlə bəyan edir ki, Dağlıq Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapacaq. Dövlət başçısı ölkəmizin ərazi itkisi ilə barışmayacağını hər zaman bildirir və münaqişənin həll edilməsində məhz beynəlxalq hüquq normalarına istinad edir. Prezident İlham Əliyev bildirmişdir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim xarici siyasətimizin əsas istiqamətidir. Əfsuslar olsun ki, bütün səylərə baxmayaraq, biz məsələnin həllinə nail ola bilməmişik. Bunun tək səbəbi var - Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini süni şəkildə uzatmaq taktikası. Artıq heç kim üçün sirr deyildir ki, bu taktika Ermənistan tərəfindən istifadə olunur. Ancaq bu taktikanın axırı yoxdur. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqedən əl çəkməyəcəkdir. Biz geri bir addım atmayacağıq. Çünki dünya birliyi bizim mövqeyimizi dəstəkləyir, mötəbər beynəlxalq təşkilatların qərarları bizim tərəfimizdədir. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir. Bu qətnamələr erməni qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Onlara məhəl qoyulmur. Digər beynləxalq təşkilatların qərarları bizim mövqeyimizi dəstəkləyir. Biz çalışırıq və çalışacağıq ki, bütün beynəlxalq təşkilatlarda öz siyasi və diplomatik fəaliyyətimizi daha da gücləndirək və məsələnin tezliklə həll edilməsinə nail olaq.

Bəzi hallarda Ermənistan tərəfi xalqların öz müqəddəratnı təyinetmə prinsiplərini ərazi bütövlüyü prinsipləri ilə bərabər, eyni səviyyədə göstərmək istəyir.

Ancaq bu, yalnız məsələ ilə tanış olmayan, siyasətlə məşğul olmayan insanlar tərəfindən qəbul edilə bilər. Təsadüfi deyil ki, dünya ictimaiyyəti bu yanaşmanı inkar edir. 1975-ci il Helsinki Yekun Aktına baxmaq, onu yaxşı oxumaq kifayətdir, orada hər şey göstərilib. Ərazi bütövlüyü prinsipləri əsas prinsiplərdir. Xalqların öz müqəddəratını həlletmə, müəyyənetmə məsələsi ərazi bütövlüyünü pozmamalıdır, ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil etməməlidir. Bir də ki, Ermənistan artıq müstəqil dövlətdir və erməni xalqı öz müqəddəratını bir dəfə təyin edibdir. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt imkan verməyəcəkdir".

 

 

E.Hacıalıyev

 

Azərbaycan.-2009.-7 iyun.-S.3.