Milli Məclisin növbədənkənar sessiyası keçiriləcəkdir

 

İyunun 9-da Milli Məclisin növbədənkənar sessiyası keçiriləcəkdir.

İclasda "Könüllülük fəaliyyəti haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul olunacaqdır.

Bundan başqa, sessiyada "Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında", "Bələdiyyələrin statusu haqqında qanuna əlavələr və dəyişikliklər edilməsi barədə", "Mühasibat uçotu haqqında" qanunun və "Mühasibat uçotu haqqında" qanunun qüvvəyə minməsi barədə" Milli Məclisin 1995-ci il 24 mart tarixli 999 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında", "Bank olmayan kredit təşkilatları haqqında" və "Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında" qanun layihələrinə baxılacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-9 iyun.-S.1.