Azərbaycan ilə Qətər arasında siyasi, iqtisadi mədəni sahələrdə əməkdaşlıq yüksək səviyyədədir

 

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iyunun 8-də nazir Elmar Məmmədyarov Qətərin Mədəniyyət, İncəsənət İrs Milli Şurasının baş katibi Mübarək bin Nasir əl-Xəlifə ilə görüşmüşdür.

Bakıda keçirilən Qətər Dövlətinin Mədəniyyət günləri çərçivəsində Azərbaycanda səfərdə olan Qətər nümayəndə heyətinə rəhbərlik etdiyini deyən qonaq ölkələrimiz arasındakı mövcud münasibətlərin səviyyəsindən məmnunluğunu bildirmişdir.

Nazir E.Məmmədyarov Azərbaycan ilə Qətər arasında siyasi, iqtisadi mədəni sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulamışdır.

Ölkəmizdə Qətər Mədəniyyət günlərinin keçirilməsinin xalqlarımızın mədəniyyətlərini yaxınlaşdırmasına xidmət etdiyini bildirən nazir E.Məmmədyarov yaxın gələcəkdə Azərbaycanın Mədəniyyət günlərinin Qətərdə keçiriləcəyinə ümidvar olduğunu demişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-9 iyun.-S.1.