Şirvanda Yeni Azərbaycan Partiyasının bölgə müşavirəsi keçirilmişdir

 

İyunun 6-da Göyçayda Yeni Azərbaycan Partiyasının (YAP) Şirvan bölgəsi üzrə rayon təşkilatlarının müşavirəsi keçirilmişdir.

Müşavirə iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

Bölgəyə daxil olan 9 rayon təşkilatından nümayəndələrin iştirak etdikləri müşavirədə YAP Göyçay rayon təşkilatının sədri Ramiz İbrahimov müşavirəni açıq elan etdi gündəlikdə duran məsələnin bələdiyyə seçkilərinə hazırlıqla bağlı olduğunu bildirdi.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, YAP Göyçay rayon təşkilatı idarə heyətinin üzvü Mənsur Məmmədov, Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov, Ağsu rayon təşkilatının sədr əvəzi Əli Hüseynov, Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli, İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev, Zərdab rayon təşkilatının sədri Tofiq Abdullayev, Milli Məclisin deputatlarından Çingiz Əsədullayev, Elton Məmmədov, Jalə Əliyeva başqaları müşavirədə çıxış etmişlər.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bələdiyyə seçkiləri ilə bağlı qarşıda duran vəzifələrdən danışmış, seçkilərlə bağlı partiyanın icra katibliyinin tərtib etdiyi plan barədə məlumat vermişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-9 iyun.-S.1.