Qətər Mədəniyyəti günlərinin iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar

 

İyunun 8-dən 12-dək ölkəmizdə Qətər Dövlətinin Mədəniyyət günləri keçiriləcəkdir. Nümayəndə heyətinə Qətərin Mədəniyyət, İncəsənət İrs Milli Şurasının baş katibi Mübarək bin Nasir əl-Xəlifə başçılıq edir. Onlar üç gün ərzində öz ölkələrinin mədəniyyət nümunələrini təqdim edəcəklər.

İyunun 8-də nümayəndə heyətinin üzvləri Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək ulu öndərin xatirəsini yad etmiş, onun abidəsi önünə tər gül dəstələri qoymuşlar.

Mübarək bin Nasir əl-Xəlifə bildirmişdir ki, səfərimizin məqsədi Qətər mədəniyyətini Azərbaycan xalqına daha dərindən tanıtmaqdır. Mədəniyyət günləri çərçivəsində Qətər Azərbaycan iqtisadi münasibətlərinə həsr olunmuş məruzələr dinləniləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-9 iyun.-S.5.