Azərbaycanda Qətər Mədəniyyəti
günləri keçirilir
Dünəndən Azərbaycanda Qətər
Dövlətinin Mədəniyyət
günləri keçirilir.
Qətərin Mədəniyyət,
İncəsənət və
İrs Milli Şurasının baş
katibi Mübarək bin Nasir əl-Xəlifənin rəhbərlik
etdiyi nümayəndə
heyəti Azərbaycanda
müxtəlif tədbirlərə
qatılacaq.
Bu gün Muzey Mərkəzində Qətər Mədəniyyəti
günlərinin rəsmi
açılış mərasimi
keçiriləcək. Mərasimdə
Qətər, onun adət-ənənələri
haqqında qısametrajlı
sənədli filmlərin
nümayişi, təsviri
sənət nümunələrindən
ibarət sərginin təşkili nəzərdə
tutulub. Muzeyin qarşısında ənənəvi Qətər
çadırları qurulub,
gəmidüzəltmə və
xınaçılıq sənətlərinin
nümayişi keçiriləcək,
eləcə də dost ölkənin mətbəxinin ən gözəl nümunələri,
xüsusi şirniyyatlar
hazırlanacaq.
Mədəniyyət günlərində
Qətərdən gəlmiş
60-a yaxın nümayəndə
iştirak edir. Mədəniyyət günləri çərçivəsində
Mirzə Fətəli
Axundov adına Milli Kitabxanada Xalid Yusif əl-Dərbəşti tərəfindən
Qətərdə investisiya
qoyuluşu imkanları
barədə mühazirə
oxunacaq, R.Behbudov adına Mahnı Teatrında folklor rəqs qrupunun çıxışı olacaq.
Nümayəndə heyəti
eyni proqramla həm Mərdəkan qəsəbəsində, həm
də Suraxanı rayonunda soydaşlarımızın
qonağı olacaq.
Azərbaycanda keçirilən
bu tədbirdə məqsəd hər iki ölkə arasında mədəni əlaqələrin daha da genişlənməsinə
nail olmaqdır.
Azərbaycan.-2009.-9 iyun.-S.5.