Təcili təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında

 

Respublika əhalisinə göstərilən təcili təxirəsalınmaz tibbi xidmətin səviyyəsinin daha da yüksəldilməsi, bu xidmətin maddi-texniki bazasının gücləndirilməsi üçün yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş təcili tibbi yardım avtomobillərinin alınması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təcili təxirəsalınmaz tibb xidməti üçün əlavə təcili tibbi yardım avtomobillərinin alınmasına 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ayrılmasını təmin etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2009-cu il

 

Azərbaycan.-2009.-10 iyun.-S.1.