Azərbaycan-Polşa əlaqələri davamlı inkişaf yolundadır

 

Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, iyunun 10-da parlamentin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Polşa Senatının üzvü Vloçimej Çimoşeviç ilə görüşmüşdür.

O.Əsədov demişdir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, diplomatik əlaqələr qurulduqdan sonra Azərbaycan-Polşa münasibətləri yüksələn xətlə inkişaf etməyə başlamışdır. Bu münasibətlərin əsasının qoyulmasında ümummilli lider Heydər Əliyevin rolu xüsusi qeyd olunmalıdır.

Milli Məclisin Sədri bildirmişdir ki, Prezident İlham Əliyev Azərbaycan-Polşa əlaqələrinin daha da genişlənməsinə böyük önəm verir. Ölkələrimizin başçılarının qarşılıqlı səfərləri çərçivəsində imzalanmış dövlətlərarası sənədlər ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır Azərbaycan-Polşa qarşılıqlı əlaqələrinin hüquqi bazasını möhkəmləndirir.

Bildirilmişdir ki, Cənubi Qafqazda qlobal layihələrin fəal təşəbbüskarı iştirakçısı olan, regionda iqtisadi cəhətdən ən inkişaf etmiş xarici sərmayə üçün cəlbedici ölkəyə çevrilən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir.

Parlamentlərarası əlaqələrin dövlətlərimizin münasibətlərinin inkişafında mühüm rol oynadığını vurğulayan O.Əsədov hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd etmiş bu qrupların fəaliyyətinin daha da canlandırılmasının vacibliyini bildirmişdir. Mötəbər beynəlxalq parlament qurumlarında Azərbaycan Polşa deputatları arasında qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir bu sahədəki təcrübə öz bəhrəsini verməkdədir.

Sonra O.Əsədov dinamik inkişaf edən Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş ümidvar olduğunu bildirmişdir ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində öz ədalətli həllini tapacaq, Polşa Avropa dövləti kimi münaqişənin nizamlanması istiqamətində bir sıra beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərin yerinə yetirilməsində fəallıq nümayiş etdirəcəkdir.

Milli Məclisin Sədri belə bir inamı da ifadə etmişdir ki, Avropa Şurasının katibi vəzifəsinə namizəd Polşa Senatının üzvü Vloçimej Çimoşeviç gələcək fəaliyyətində bu sahədə səylərini əsirgəməyəcəkdir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq Azərbaycanın Avropa ölkələri, o cümlədən Polşa ilə əlaqələrinin inkişafını yüksək qiymətləndirmişdir. O qeyd etmişdir ki, Azərbaycanda gedən iqtisadi inkişaf, demokratik-hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar, beynəlxalq əhəmiyyətli qlobal layihələrin gerçəkləşməsi Azərbaycanın dünyaya, o cümlədən Avropaya inteqrasiyasını daha da sürətləndirir.

Qonaq bildirmişdir ki, Azərbaycan regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rol oynayır Avropanın etibarlı strateji enerji tərəfdaşıdır. Ölkələrimiz BMT, ATƏT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların bərabər hüquqlu üzvləridir.

Polşa Senatının üzvü beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizin inkişaf etməsini yüksək qiymətləndirmişdir. Dövlətlərimizin Avropa İttifaqının yeni qonşuluq siyasəti proqramı çərçivəsində əlaqələri yüksək səviyyədədir. İkitərəfli əlaqələrin daha da inkişafı üçün bundan sonra da bütün potensial imkanlardan istifadə olunmalıdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2009.-11 iyun.-S.1.