Bakıda NATO həftəsi çərçivəsində "Enerji təhlükəsizliyi: çağırışlar yeni imkanlar" mövzusunda seminar keçirilir

 

İyunun 10-da Bakıda NATO həftəsi çərçivəsində Avratlantika Tərəfdaşlığı Şurasının "Enerji təhlükəsizliyi: təhdidlər perspektivlər" mövzusunda seminarı işə başlamışdır.

NATO-nun Müdafiə İqtisadi Təhlükəsizlik Direktoratlığının rəhbəri Maykl Qaul bildirmişdir ki, aparılan tədqiqatlara görə, 2030-cu ilədək dünyada enerjiyə tələbat 15 dəfə artacaqdır. Tələbatın sürətlə artmasını nəzərə alan dövlətlər əsas diqqəti bu sahəyə yönəldirlər. Enerji infrastrukturlarına hücumlar, dəniz quldurlarının fəallaşması böyük iqtisadi itkilərlə nəticələndiyindən bəzən enerji təhlükəsizliyi hərbi xarakter daşıyır burada siyasi iqtisadi təsirlər rol oynayır.

M.Qaul Şimali Atlantika Alyansının problemin həlli yolu kimi enerji marşrutlarının şaxələndirilməsini, həmçinin əlaqələndirilmiş infrastrukturun mühafizəsini bu sahədə mühüm saydığını demişdir. O, bu kontekstdə Xəzərin enerji resurslarının Avropaya nəqli marşrutlarında infrastrukturların qorunmasının vacibliyini vurğulamışdır.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov isə demişdir ki, rəsmi Bakı enerji təhlükəsizliyi məsələsinin NATO çərçivəsində müzakirəsini müsbət qiymətləndirir. Enerji təhlükəsizliyinin sırf hərbi təhlükəsizlik anlayışı olmadığını vurğulayan A.Əzimov, bunun siyasi proseslərdə mühüm rol oynadığını bildirmişdir.

Nazir müavininin sözlərinə görə, enerji təhlükəsizliyinin təmin olunmasında təchizatçılar istehlakçılarla yanaşı, tranzit ölkələrin maraqları nəzərə alınmalıdır. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın strategiyası hazırlanmalıdır. Gələcəkdə NATO-nun dəstəyi ilə Azərbaycanda enerji təhlükəsizliyi üzrə beynəlxalq treninq mərkəzi yaradıla bilər.

Rumıniyanın Xarici İşlər Nazirliyinin strateji işlər üzrə dövlət katibi Boqdan Auresku bildirmişdir ki, NATO Qara dəniz Xəzər dənizi regionlarında təhlükəsizliyin təmin edilməsi sahəsində rolunu getdikcə artıracaqdır. Şimali Atlantika Alyansının enerji təhlükəsizliyində mühüm rol oynaya biləcəyini vurğulayan B.Auresku, Aralıq dənizindən keçən kəmərlərin digər infrastrukturların mühafizəsinin vacibliyini diqqətə çatdırmışdır.

Onun sözlərinə görə, bu gün NATO kiber-təhlükəsizlik, dəniz quldurları ilə mübarizə s. proseslərdə fəal iştirak edir.

Azərbaycanın Xarici İşlər Nazirliyi NATO-nun birgə təşkilatçılığı ilə keçirilən ikigünlük seminarda enerji infrastrukturlarının mühafizəsi, mümkün təhdidlər, enerji təhlükəsizliyində əməkdaşlığın rolu s. məsələlər müzakirə olunacaqdır.

Seminarda NATO Azərbaycanın müvafiq qurumlarının təmsilçiləri, xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak edirlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-11 iyun.-S.1.