Rusiyanın milli bayramı şərəfinə

 

İyunun 10-da Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Rusiya Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin qonaqları salamlayaraq demişdir ki, müstəqil dövlətlər olan Rusiya Azərbaycan sürətlə inkişaf edirlər. Səfir ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolunu xidmətini xüsusi vurğulamışdır. Diplomat bildirmişdir ki, hazırda bu əlaqələr inkişaf edir, dərinləşir strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır.

Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevin adından milli bayram münasibətilə Rusiya xalqını təbrik etmişdir.

Yaqub Eyyubov vurğulamışdır ki, Azərbaycan-Rusiya əlaqələri möhkəm təməl üzərində qurulmuşdur, xalqlarımızın dostluğu çoxəsrlik tarixə malikdir. Bu münasibətlərin möhkəmlənməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin böyük əhəmiyyəti vardır.

Qəbulda Milli Məclisin deputatları, dini konfessiyaların rəhbərləri, xarici dövlətlərin Azərbaycandakı səfirləri digər rəsmi şəxslər iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-11 iyun.-S.4.