"Rusiya xəbərləri" əlavəsinin təqdimat mərasimi

 

İyunun 10-da "Park-İNN" mehmanxanasında "Bakinski raboçi" qəzetinin "Rusiya xəbərləri" əlavəsinin təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, Rusiyanın Azərbaycandakı səfirliyinin Azərbaycanın rus icmasının nümayəndələri KİV-lərin rəhbərləri iştirak etmişlər.

Mərasimdə çıxış edən "Bakinski raboçi" qəzetinin baş redaktoru Ağabəy Əsgərov bildirmişdir ki, postsovet məkanında ən qocaman qəzetlərdən biri olan bu mətbu orqanında həftədə bir dəfə "Rusiya xəbərləri" əlavəsinin dərc olunması qərara alınmışdır. Rusiyanın Avrasiya Tədqiqatları İnstitutu İnkişaf Fondunun dəstəyi ilə oxuculara təqdim olunan layihə Azərbaycan ilə Rusiya arasında dostluq mehriban qonşuluq münasibətlərinin inkişafı baxımından çox əhəmiyyətlidir. Əlavənin nəşri Rusiya haqqında məlumatların Azərbaycandakı rusdilli oxusulara çatdırılmasına, iki xalq arasında iqtisadi, siyasi mədəni əlaqələrin inkişafına bizim töhfəmizdir.

Avrasiya Tədqiqatları İnstitutu İnkişaf Fondunun prezidenti Valeri Tursunov uğurlu layihə münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə Regionlararası Mədəni Əlaqələr üzrə İdarəsinin rəisi Sergey Vinokurovun təbrik məktubunu oxumuşdur. Təbrik məktubu "Bakinski raboçi" qəzetinin baş redaktoruna təqdim olunmuşdur.

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Vüqar Əliyev xalqlarımız arasında xoş münasibətlərin böyük tarixə malik olduğunu qeyd etmişdir. Bildirmişdir ki, ötən əsrin sonlarında müstəqillik əldə olunduqdan sonra baş verən siyasi proseslər fonunda müəyyən anlaşılmazlıqlar yaransa da, sonradan ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə hər şey əvvəlki axarına düşmüşdür. Ulu öndər Heydər Əliyevin Rusiyanın sabiq Prezidenti Vladimir Putinin səyləri nəticəsində qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır. Hazırda həmin siyasət Azərbaycan Rusiya prezidentləri İlham Əliyev Dmitri Medvedev tərəfindən uğurla davam etdirilir. "Bakinski raboçi" qəzetinin əlavəsi isə həmin münasibətlərin daha da yaxşılaşmasına layiqli töhfədir.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin uğurlu layihənin əhəmiyyətini vurğulamış, bildirmişdir ki, bu təşəbbüs qarşıdan gələn 12 iyun Rusiya gününə ən layiqli hədiyyədir.

Milli Məclisin deputatları, YAP icra katibinin müavini Siyavuş Novruzov, Azərbaycanın rus icmasının sədri Mixail Zabelin başqaları layihənin hər iki xalq üçün faydalı olacağını bildirmiş, belə bir nəşrin, həmçinin Rusiyada Azərbaycan KİV-ləri ilə bağlı dərc edilməsinin vacibliyini vurğulamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-11 iyun.-S.4.