Fəzilətin ünvanı

 

Sovet hakimiyyəti qurulduqdan sonra bir çox mənəvi dəyərlərimizdən, o cümlədən dinimizdən ayrı düşdük. Doğrudur, rəsmi qadağalara görə biz heç bir adət-ənənəni, mənəvi dəyərləri açıq şəkildə həyata keçirmirdik, amma hər kəsin qəlbində Allah sevgisi, Qurani-Kərimə olan ehtiram hissi yaşamaqda idi.

Ziddiyyətli məqamlarla dolu olan 70 ildə dirimizi , ölümüzü dinimizin tələbləri əsasında şərafətli etdik. "Allaha şükür" ifadəsi dilimizdən düşdü, müqəddəslərimiz öz ibadətlərindən əl çəkdilər. Amma bütün bunlara baxmayaraq, kütləvi şəkildə Qurani-Kərimi öyrənməkdən məhrum olduq. Müstəqilliyimizi qazandıqdan sonra ilkin əldə etdiyimiz mənəvi dəyərlər dinimizlə bağlı oldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayğısı sayəsində sovet dönəmində dağıdılmış məscidlər bərpa edildi, yenidən quruldu, dəyərli islam ədəbiyyatı nəşr olundu. Qurani-Kərim Azərbaycan dilinə tərcümə edildi. İnsanların dini ibadətlə məşğul olmasına heç bir təzyiq göstərilmədi.

Həqiqətən Qurani-Kərim Allahın nazil etdiyi müqəddəs kitablar içərisində ən fəzilətlisidir. Quranın ona qədər nazil edilmiş ilahi kitablardan üstünlüyünü sübut edən kifayət qədər dəlillər var. Qurani-Kərimin Azərbaycan dilində ilk fundamental nəşri görkəmli alim, ədəbiyyatşünas, professor Vasif Məmmədəliyevin təbiri ilə desək, izahlı tərcümə kimi nəzərdə tutulmuşdur. Çünki sovet dövrünün müəyyən yasaqları bizi bu müqəddəs kitabımızdan, demək olar ki, tamamilə ayrı salmışdı. Bu səbəbdən o izahlara böyük ehtiyac var idi. Quranın Azərbaycan dilinə tərcümə edilməsi sahəsində görkəmli akademiklərimiz - Ziya Bünyadov Vasif Məmmədəliyevin çox böyük zəhmətləri var. Eləcə ilahiyyatçı-alim Nəriman Qasımzadənin bu sahədəki xidmətləri təqdirəlayiqdir. Məhz onların fədakarlığı sayəsində islamla bağlı biz bir sıra dəyərli kitabları oxuduq.

Bu günlərdə çox nəfis tərtibatla çap edilmiş "Qurani-Kərim Azərbaycan dilinə mənaca tərcüməsi" (ikinci nəşr) işıq üzü görüb. Mədinə İslam Universitetinin məzunu Əlixan Musayevin hazırladığı yeni nəşr olduqca gözəl diqqətçəkəndir. Əlixan Musayev on ildən çoxdur ki, islam ədəbiyyatı sahəsində çox sayda tərcümə etmişdir. Müqəddəs kitabın ana dilimizə yenidən tərcüməsi çox ustalıqla aparılmışdır. Qurani-Kərim dünyanın 50-dən artıq dilinə tərcümə edilib maraqlıdır ki, son illər bu tərcümələrin baş tutmasında azərbaycanlı ilahiyyatçı Əlixan Musayevin xidməti var. Fərəhlidir ki, dünyanın bir çox ölkələrində Qurani-Kərimin tərcümələrindən ibarət təşkil olunan sərgidə məhz Əlixan Musayevin hazırladığı kitabları da görmək olar. Xüsusilə Səudiyyə Ərəbistanında kral Fəth adına kompleksdəki sərgidə müəllifin bir neçə kitabı tərcümələr arasında nümayiş olunmuşdur.

Əlixan Musayev Quranın tərcüməsi üzərində 7 il işləmişdir. Mütəxəssislər söyləyirlər ki, yeni nəşr indiyə kimi çap olunan Qurani-Kərimin ən mükəmməl tərcümələrindən hesab oluna bilər.

Əlixan Musayev həm Qurani-Kərimin kompakt diskini dinsevərlərə təqdim etmişdir. Xalq artisti Rasim Balayevin səsləndirdiyi Quran ayələrini dinlədikcə adamın ruhuna rahatlıq gəlir. İfadəsi çətin tapılan hisslər, duyğular sanki eşidəni çox məmnun edir. Qəlbində baş qaldıran xoş hisslər ruhi qidaya çevrilir. Dua etmək, şükranlığa tapınmaq, ancaq yaxşılıq xeyirxahlıq üçün yaşamaq istəyirsən. Böyük sənətkarımızın səsinin təsiredici ahəngində bu müqəddəs ayələr yeni bir ömrə başlayır. Hər bir müdrik fikrin daxilindən böyük mənalar süzülür. Quran ayəsi Allahın səsidir. Ulu Yaradanın öz bəndəsinə göndərdiyi həyat proqramıdır, tövsiyəsidir, məsləhətidir. Əgər ona qulaq asa bilsək, eşitsək əməl etsək kamil insan olarıq.

Quran ayələri yazılmış bu kompakt diskin həqiqətən əvəzi yoxdur. Səsdən süzülən təsiredici qüvvənin ahəngində insana bir saflıq, paklıq gəlir. Sanki yenidən doğulursan ancaq müqəddəs əməllər barəsində düşünürsən...

 

 

F.Xəlilzadə

 

Azərbaycan.-2009.-11 iyun.-S.6.