Qətərlə Azərbaycan arasında əlaqələr genişlənməkdədir

 

Xəbər verildiyi kimi, 2009-cu il iyunun 8-dən 12-sinədək paytaxtımızda Qətər dövlətinin mədəniyyət günləri keçirilir. Bu çərçivədə tanışlıq məqsədilə bir neçə istiqamətdə tədbirlərin keçirilməsi bayram şənliklərinin təşkili nəzərdə tutulub. Ötən gün M.F.Axundov adına Respublika Milli Kitabxanasında keçirilən növbəti toplantı Qətər dövlətinin iqtisadi, ticarət və təhsil məsələlərinə həsr olunmuşdur.

Toplantını kitabxananın direktoru Kərim Tahirov açaraq Qətərin hər sahədə inkişafından qazandığı uğurlardan danışdı. Doktor Xalid Yusif isə bildirdi ki, Qətərin əsas gəlir mənbəyi iqtisadi yüksəlişinə səbəb neft qazdır: "Əhalisi milyon yarımdan bir az çox olan dövlətimiz dünyanın bir neçə nüfuzlu neft şirkətləri ilə quraraq məhsulunu əsasən Körfəz vasitəsilə dünya bazarına çıxarır. Ona görə Qətərdə beynəlxalq şirkətlər işləmək məqsədilə ölkəyə gələn xarici vətəndaşlar çoxdur. Qətərdə neft sənayesində ən müasir texnologiyalardan istifadə olunur. 2008-ci ilin yekunlarına görə adambaşına düşən illik ümumdaxili məhsul 65 min dollardır. Qətər Ümumdünya Ticarət Təşkilatının üzvüdür"

Qətərdə təhsilin inkişafından danışan doktor Xalid Yusif bildirdi ki, son illər bu sahədə yüksəliş var: "Ölkədə bir neçə universitetlər fəaliyyət göstərir , əksəriyyəti amerikalılarındır bu təhsil sistemi eynilə ABŞ təhsil sisteminə uyğundur. Bu universitetlərdə təkcə Qətər vətəndaşları deyil, xarici ölkə vətəndaşları da təhsil alırlar. Çox istərdik ki, azərbaycanlı gənclər Qətər universitetlərinin tələbəsi olsunlar. Bu, iki dost xalq arasında mədəni təhsil əlaqələrinin genişlənməsinə şərait yaradar".

Doktor Xalid Yusif turizm əlaqələrindən danışaraq bildirdi ki, Qətər vətəndaşları istirahət üçün əsasən başqa ölkələri, xüsusən Türkiyəni seçirlər. Çünki Türkiyənin turizm imkanları dünyaya, o cümlədən bu ölkənin vətəndaşlarına məlumdur. Mən burada öyrəndim ki, Azərbaycanın çox gözəl təbiəti turizm üçün geniş imkanları var, qalır onu dünyanın diqqətinə çatdırmaq. Qətərin geniş turizm potensialı var, çimərlikləri, zəngin muzeyləri ilaxır. Çox istərdik ki, iki ölkə arasında turizm əlaqələri yaransın genişlənsin".

Tədbirin sonunda iqtisadçı alim Xalid Yusif jurnalistlərin suallarını cavablandırdı.

 

 

R.Rzalı

 

Azərbaycan.-2009.-11 iyun.-S.7.