Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə

 

Hörmətli Dmitri Anatolyeviç!

Dövlət bayramı - Rusiya Günü münasibətilə Azərbaycan xalqı adından şəxsən öz adımdan Sizi dost Rusiya xalqını səmimi qəlbdən təbrik edirəm.

Bu gün Rusiya dövlətçiliyin inkişaf etdirilməsi möhkəmləndirilməsi, demokratik islahatların həyata keçirilməsi cəmiyyət həyatının müxtəlif sahələrinin modernləşdirilməsi yolu ilə inamla addımlayır. Dünya birliyində ölkənin nüfuzu artır, mövqeləri möhkəmlənir.

Azərbaycan ilə Rusiyanı bir-birinə çoxəsrlik dostluq mehriban qonşuluq əlaqələri bağlayır. Əminəm ki, bu xoş münasibətlər çoxplanlı qarşılıqlı fəaliyyətimizin genişlənməsinə, Azərbaycan-Rusiya strateji tərəfdaşlığının dərinləşdirilməsinə hərtərəfli kömək edərək xalqlarımızın rifahı naminə, sülh Qafqazda sabitlik naminə bundan sonra da möhkəmlənəcəkdir.

Hörmətli Dmitri Anatolyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik gələcək işlərinizdə uğurlar, bütün Rusiya xalqına rifah tərəqqi arzu edirəm.

Hörmətlə,

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 3 iyun 2009-cu il

 

Azərbaycan.-2009.-12 iyul.-S.1.