Filippin Respublikasının
Prezidenti zati-aliləri
xanım Qloriya Makapaqal Arroyoya
Hörmətli xanım Prezident!
Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Filippin münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 3 iyun 2009-cu il
Azərbaycan.-2009.-12 iyun.-S.1.