Dövlət Neft Fondunun Müşahidə Şurasının
iclası keçirilmişdir
İyunun 11-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.
Azərbaycan Respublikasının
Baş naziri, Dövlət Neft Fondu Müşahidə Şurasının sədri
Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda fondun 2008-ci ildə fəaliyyəti haqqında
illik hesabatı, maliyyə fəaliyyətinin
auditinin nəticələri,
ARDNF-in 2008-ci il büdcəsinin icrası məsələlərinə baxılmışdır.
Müşahidə Şurası
Neft Fondunun icraçı direktorunun təqdim etdiyi fondun 2008-ci ildə fəaliyyəti haqqında
illik hesabatına, fondun ötən ildə maliyyə fəaliyyəti haqqında
müstəqil auditorun
("Deloyt ənd Tuş" şirkətinin)
hesabatına və rəyinə baxaraq onları məqbul hesab etmiş və fondun 2008-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə
təqdim etmək barədə qərar qəbul etmişdir.
Baş nazir A.Rasizadə yenidən Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri
seçilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-12 iyun.-S.3.