Yeni Azərbaycan Partiyası İmişlidə
zona müşavirəsi
keçirmişdir
Yeni Azərbaycan
Partiyası (YAP) İmişlidə qarşıdakı bələdiyyə
seçkiləri ilə bağlı növbəti zona
müşavirəsi keçirmişdir.
Tədbirdə YAP
Şirvan şəhər, İmişli, Saatlı, Sabirabad,
Neftçala, Salyan, Xocavənd, Beyləqan və Füzuli rayon
təşkilatlarının, yerli özünüidarəetmə
qurumlarının rəhbərləri iştirak etmişlər.
Müşavirədə
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş
Novruzov çıxış edərək ölkə vətəndaşlarının
siyasi fəallığının xeyli
artdığını, ötən il keçirilən
prezident seçkilərində ölkə
başçısı İlham Əliyevin yenidən xalqın
iradəsi və etimadı ilə hakimiyyət olimpinin zirvəsinə
yüksəldiyini vurğulamış, respublikamızda
demokratik dəyərlərin tərkib hissəsi sayılan
seçki mədəniyyətinin bərqərar olduğunu nəzərə
çarpdırmışdır. Natiq bildirmişdir ki, ölkəmizdə
bələdiyyələrə qarşıdakı seçkilər
də yüksək səviyyədə keçirilməlidir. S.Novruzov
kiçik bələdiyyələrin könüllülük
prinsipləri əsasında birləşərək yeni
ittifaqlar yaratmasının günün tələbi
olduğunu vurğulamışdır.
İmişli Rayon
İcra Hakimiyyətinin başçısı Əbülfəz
Ağayev çıxışında bələdiyyələrin
fəaliyyəti ilə bağlı konkret məqamlar üzərində
dayanmış, kiçik bələdiyyələrin birləşməsinin
yerlərdə sosial problemlərin həllinə yardım
göstərəcəyini söyləmişdir.
Tədbirdə YAP rayon təşkilatları
rəhbərlərinin qarşıdakı bələdiyyə
seçkilərinə hazırlıqla əlaqədar məlumatları
dinlənilmişdir.
Azərbaycan.- 2009.- 12
iyun.- S. 3.