Əvvəlcə tədbir
iştirakçıları ulu öndər Heydər Əliyevin
Qəbələ şəhərindəki abidəsini ziyarət
edərək önünə əklil və
gül-çiçək dəstələri qoymuşlar.
İclasda Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Aydın Əliyev, Rusiya Federasiyası Federal Gömrük Xidmətinin
rəhbəri Andrey Belyaninov, Moldova Gömrük Xidmətinin
baş direktoru Viorel Melnik, Belarus Respublikası Dövlət
Gömrük Komitəsinin sədri Aleksandr Şpilekskiy,
Qazaxıstan Respublikası Maliyyə Nazirliyi Gömrük Nəzarəti
Komitəsinin sədri Kori-Korpes Karvizov, Tacikistan hökuməti
yanında Gömrük Xidmətinin rəisi Qurez Zdripov, eləcə
də Ukrayna, Özbəkistan və
Qırğızıstanın gömrük xidmətləri
orqanlarının rəsmi şəxsləri, MDB İcraiyyə
Komitəsinin nümayəndəsi iştirak etmişlər.
Tədbirdə MDB-nin
üzvü olan ölkələrin Dövlət Gömrük
Xidməti Rəhbərləri Şurasının ötən
iclasında qəbul olunmuş qərarların yerinə
yetirilməsi vəziyyəti haqqında Şura katibinin məlumatı
dinlənilmişdir. Həmçinin Moldova və Ukrayna
gömrük xidmətlərinin ilkin məlumata dair informasiya
mübadiləsi işinin nəticələri, gömrük
sahəsində MDB ölkələrinin beynəlxalq hüquqi
bazasının inventarlaşdırılması məsələsinə
baxılmışdır. İclasda MDB-nin gömrük xidmətləri
üçün Rusiyanın Gömrük Akademiyası
bazasında 2011-ci ilədək kadrların profilli
hazırlanması, planlı qarşılıqlı ticarətə
dair gömrük statistikası məlumatları haqqında
protokolun işlənib hazırlanması, birliyə üzv olan
ölkələrin gömrük xidmətlərinin vahid
informasiya sisteminin yaradılması, gömrük xidmətləri
şurasının döş nişanları haqqında əsasnamənin
təsdiq edilməsi, gömrük xidmətlərinin şəxsi
təhlükəsizliyinin təminatı sahəsində əməkdaşlığa
dair protokola əlavələrin edilməsi, eləcə də
şuranın 50-ci iclasının keçirilmə vaxtı və
yerinin müəyyənləşdirilməsi məsələləri
müzakirə olunmuşdur.
İclas çərçivəsində
Azərbaycan və Belarus hökumətləri arasında
gömrük işi sahəsində əməkdaşlıq və
qarşılıqlı yardım haqqında 2004-cü il 5
noyabr tarixli sazişin həyata keçirilməsi barədə
iki ölkənin dövlət gömrük komitələri
arasında protokol imzalanmışdır.
Bundan əlavə,
Moldova və Belarus arasında qarşılıqlı ticarətin
gömrük statistikası məlumatlarının tərtib
edilməsində iki ölkənin dövlət gömrük
xidmətləri arasında qarşılıqlı əlaqə
qaydaları haqqında, eyni zamanda Moldova və Qazaxıstan
arasında qarşılıqlı ticarət üzrə
keçirilən mallara dair məlumat mübadiləsi
haqqında Moldovanın Gömrük Xidməti ilə
Qazaxıstanın Maliyyə Nazirliyi arasında protokollar
imzalanmışdır.
Azərbaycan.- 2009.- 12 iyun.- S. 6.