Böyük Britaniya və
Şimali İrlandiyanın
kraliçası ülyahəzrət
II Elizabetə
Ülyahəzrət!
Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş
Krallığının milli bayramı - Təvəllüd
gününüz münasibətilə Sizi və Sizin
simanızda bütün xalqınızı şəxsən
öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən
təbrik edirəm.
Biz Azərbaycan ilə
Birləşmiş Krallıq arasındakı münasibətlərə
böyük əhəmiyyət veririk.
Bu mənada ikitərəfli
əlaqələrimizin daim genişlənməsi, bir sıra
sahələrdə həyata keçirdiyimiz
qarşılıqlı faydalı əməkdaşlıq zəminində
dostluq münasibətlərimizin möhkəmlənməsi
xüsusi məmnunluq doğurur. Əminəm ki,
çoxşaxəli təmaslarımızı, birgə
işlərimizi müvəffəqiyyətlə davam etdirmək
üçün bundan sonra da ardıcıl səylər
göstərəcəyik.
Bu xoş gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, Birləşmiş Krallığın dost
xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 13 iyun.- S. 1.