Azərbaycanın
dövlət himninin səslənməsi ilə başlayan tədbirdə
akademiya rəisinin müavini general-mayor İsgəndər
Allahverdiyev çıxış edərək bu günün
ölkəmizin tarixinin ən parlaq səhifələrindən
biri olduğunu bildirmiş, ümummilli lider Heydər Əliyevin
böyük xilaskarlıq missiyası, dövlət və xalq
qarşısındakı misilsiz xidmətləri barədə
danışmışdır.
General-mayor
İ.Allahverdiyev 1993-cü ildə xaos və anarxiya şəraitində
yaşayan, hər an parçalanmaq və məhv olmaq, yenicə
qazandığı müstəqilliyini itirmək təhlükəsi
ilə üzləşən Azərbaycanın nicat yolunu
müəyyənləşdirən Heydər Əliyevin tarixi
rolundan söz açmışdır.
Bildirmişdir ki, Azərbaycan
xalqının azadlığının, müstəqil
dövlətçiliyinin müqəddəratının həll
edildiyi ən ağır günlərdə ümummilli lider
Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə
qayıtması əslində onun müstəqil Azərbaycan
Respublikasını, Azərbaycan xalqını, milli azadlıq
hərəkatını, qazanılmış tarixi nailiyyətləri
məhv olmaqdan xilas etmək kimi çox çətin və
şərəfli bir missiyanı qəlbinin hökmü ilə
öz üzərinə götürməsi idi. Bu,
sözün əsl mənasında, "Ömrümün qalan
hissəsini də xalqıma bağışlayıram" deyən
müdrik Vətən oğlunun öz xalqı, öz Vətəni
qarşısında misilsiz fədakarlığı idi. Ulu
öndər Heydər Əliyev Azərbaycan üçün,
xalqımız üçün ölçüyəgəlməz
işlər görmüşdür. Yenidən siyasi hakimiyyətə
qayıdan Heydər Əliyev qısa müddətdə Azərbaycanı
əmin-amanlığın hökm sürdüyü, demokratik
təsisatların fəaliyyəti üçün geniş
şərait yaradıldığı bir ölkəyə, hərtərəfli
əməkdaşlığa hazır olan bir tərəfdaşa
çevirdi. Fəlakət qarşısında olan Azərbaycan
düşdüyü ağır vəziyyətdən
ümummilli liderin yenilməz əzmi və iradəsi sayəsində
çıxa bildi. Ulu öndər Azərbaycanı dünyaya
tanıtdı. Ona görə də Azərbaycan xalqı
öz xilaskarını sevir və onun ruhu qarşısında
baş əyir.
Rəis müavini
dövlətin təhlükəsizliyi keşiyində
dayanmağı özünə şərəfli borc bilən
gəncləri, Milli Təhlükəsizlik Nazirliyinin Heydər
Əliyev adına Akademiyasında təhsil alan kursantları
Heydər Əliyev ənənələrinə daim sadiq
olmağa, ulu öndərin siyasi irsini dərindən öyrənməyə
və doğma xalqını onun kimi sevməyə, Azərbaycan
Prezidenti İlham Əliyevin diqqət və
qayğısını, gənc nəslə bəslədiyi
yüksək etimadı və inamı doğrultmaq
üçün var qüvvə ilə
çalışmağa, seçdikləri peşənin sirlərinə
mükəmməl yiyələnməyə
çağırmışdır.
Tədbirdə
akademiyanın kursantları çıxış edərək,
Azərbaycanın bu gününün və gələcəyinin
təməli olan 15 iyun - Milli Qurtuluş Gününün
tarixi məqamlarına nəzər salmış, Heydər Əliyevin
gənclərə göstərdiyi diqqət və
qayğıdan söz açmışlar. Azərbaycan
Prezidenti İlham Əliyevin Milli Təhlükəsizlik
Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təhsil
alan kursantlara, gələcəyin milli təhlükəsizliyinin
keşikçilərinə bəslədiyi inam və
etimadından danışan kursantlar əmin etmişlər ki,
onlar ümummilli liderin siyasi irsinə və amallarına daim
sadiq olacaq, Vətənin müstəqilliyini və suverenliyini
göz bəbəyitək qoruyacaq, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin ətrafında
sıx birləşəcək, dövlətçiliyimizin
daha da möhkəmlənməsi üçün səylərini
əsirgəməyəcəklər.
Tədbirin sonunda
yığıncaq iştirakçıları ümummilli
lider Heydər Əliyevin həyat və fəaliyyətindən
bəhs edən "Liderlik missiyası" sənədli
filminə tamaşa etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 13 iyun.- S. 4.