15 İYUN MİLLİ QURTULUŞ
GÜNÜDÜR
Qurtuluş
Gününün Azərbaycanın müasir tarixində
çox böyük rolu vardır. Məhz bu gündən etibarən
Azərbaycan öz inkişaf dövrünü yaşamağa
başlamışdır. Müstəqilliyimizi əldə
etdikdən sonra ölkəmiz çox böyük problemlərlə
üzləşmişdi. Demək olar ki, ölkəmiz idarəolunmaz
vəziyyətə düşmüşdü. Məhz
ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı, fəaliyyəti nəticəsində
ölkəmiz bu çətin günlərdən şərəflə
çıxa bildi, öz inkişaf dövrünü
yaşamağa başladı. Bu inkişaf indi sürətlə
davam edir.
İlham Əliyev
Azərbaycan.- 2009.- 14
iyun.- S. 1.