Əli Həsənov: Qeyri-hökumət təşkilatları haqqında qanuna ediləcək dəyişikliklər beynəlxalq standartlara uyğundur

 

Qeyri-hökumət təşkilatları haqqında qanuna ediləcək dəyişikliklər beynəlxalq standartlara uyğundur.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, əvvəllər Azərbaycanda xarici QHT-lər istədikləri şəkildə fəaliyyət göstərirdilərsə, qanuna ediləcək dəyişikliklərdən sonra nəzərdə tutulan ölkələrarası müqaviləyə əsasən işləyəcəklər.

Əli Həsənov demişdir: Bu qanun Azərbaycanda mövcud QHT-lər üçün heç bir problem yaratmayacaqdır. Yəni mövcud QHT-lər müəyyən olunmuş qaydada qeydiyyatdan keçir, fəaliyyət göstərir, qanunvericiliyə müvafiq olaraq, strukturlaşdırılmış şəkildə işlərini davam etdirirlər. Dəyişikliklər yeni yaranan QHT-lərlə də heç bir problem yaratmayacaqdır. Qanunda, əlbəttə, beynəlxalq standartlara uyğunlaşdırma, dövlətlərarası münasibətlərin gücləndirilməsi ilə bağlı müəyyən məsələlər nəzərdən keçiriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 iyun.- S. 10.