Gəncədə korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş seminar keçirilmişdir

 

Korrupsiyaya Qarşı Mübarizə Fondu Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə Gəncədə seminar-müşavirə keçirmişdir.

Yerli hüquq mühafizə və dövlət qurumlarının, QHT-lərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən seminar-müşavirədə sosial həyatımızda baş verən əyintilərin qarşısının alınması və şəffaflığın artırılması ilə bağlı məsələlər, eləcə də korrupsiya ilə mübarizə üzrə qəbul olunmuş milli strategiyanın yerinə yetirilməsinin vəziyyəti ətraflı təhlil edilmişdir.

Müzakirə olunan mövzu ilə əlaqədar Gəncədə keçirilən sorğunun nəticələri elan edildikdən sonra iştirakçıların suallarına aydınlıq gətirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 iyun.- S. 15.