Trans-Avropa Asiya super informasiya magistralı" layihəsinin təqdimat mərasimi keçirilmişdir
Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı
ilə "Hyatt Recensy" hotelində "Trans-Avropa Asiya
super informasiya magistralı" layihəsinin təqdimat mərasimi
keçirilmişdir. Tədbirdə dünyanın 42 ölkəsinin
Azərbaycanda fəaliyyət göstərən səfirliyinin
nümayəndələri iştirak etmişlər.
Mərasimdə iki qitənin
20-dən çox ölkəsini əhatə edəcək
informasiya magistralının əhəmiyyəti, layihənin həyata
keçirilməsi istiqamətində hazırlıq işləri,
dünyanın tanınmış informasiya-kommunikasiya
texnologiyaları (İKT) şirkətləri ilə
aparılmış danışıqlar, texniki-iqtisadi
araşdırmalar və digər məsələlər barədə
məlumat verilmişdir. Qeyd edilmişdir ki, Qərblə Şərq
arasında super informasiya magistralının yaradılması
ilə başa çatacaq bu layihə bütün
informasiya-kommunikasiya vasitələrinin
qarşılıqlı mübadiləsinə zəmin
yaradacaq, Avropa və Asiya regionunun bir çox dövlətləri
İKT imkanlarından birgə faydalanacaqlar.
Tədbirdə rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov, xarici
işlər nazirinin müavini Mahmud Məmmədquliyev və
BMT-nin ölkəmizdəki əlaqələndiricisi Bruno Pueza
iştirak etmişlər.
Azərbaycan.- 2009.- 14 iyun.- S. 13.