İran İslam Respublikasının
Prezidenti zati-aliləri cənab Mahmud Əhmədinejada
Hörmətli cənab
Prezident!
İran İslam
Respublikasının Prezidenti vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən
təbrik edirəm.
Biz ölkələrimiz
arasındakı münasibətlərin hərtərəfli
inkişafına böyük əhəmiyyət veririk. Bu mənada
tarixən dostluq və mehriban qonşuluq şəraitində
yaşamış xalqlarımızın istək və məramı
ilə bu gün ölkələrimiz arasında gerçəkləşən
sıx əməkdaşlıqdan, daim genişlənən
işgüzar əlaqələrimizdən məmnunluq duyuruq.
Əminəm ki, Azərbaycan-İran
ikitərəfli münasibətləri bundan sonra da möhkəmlənəcək
və hər iki xalqın maraqlarına cavab verəcəkdir.
Sizə möhkəm
cansağlığı, fəaliyyətinizdə uğurlar
arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 17 iyun.- S. 1.