Ağdamda Milli Qurtuluş
Gününə həsr
olunmuş ümumrayon
15 iyun - Milli Qurtuluş
Günü münasibətilə Ağdam rayon Quzanlı qəsəbəsində
təntənəli yığıncaq keçirilmişdir. Ümummilli
lider Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzindəki
abidəsi önünə gül dəstələri
düzülmüş, ulu öndərin xatirəsi ehtiramla yad
olunmuşdur.
Quzanlı mədəniyyət
evində davam edən yığıncaqda Ağdam Rayon
İcra Hakimiyyətinin başçısı Həsən
Sarıyev və Yeni Azərbaycan Partiyasının rayon təşkilatının
sədri Qədulla Səfərov 1993-cü ilin iyun hadisələrindən
danışmış, ulu öndər Heydər Əliyevin gərgin
əməyi nəticəsində Azərbaycanın
parçalanmaq təhlükəsindən qurtulduğunu, əmin-amanlığa
və siyasi sabitliyə nail olunduğunu diqqətə
çatdırmışlar.
Tədbir konsert proqramı ilə davam etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 17 iyun.- S. 4.