Fransalı musiqiçilər Bakıda konsert vermişlər

 

Musiqi həvəskarları 7 nəfərdən ibarət qrupun ifasında gürcü, Korsika xalq mahnılarını və digər xalqların mahnılarını dinləmişlər.

"Üns" yaradıcılıq teatrının direktoru Nərgiz Paşayeva və Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələri də konsertə tamaşa etmişlər. Qrupun canlı ifa etdiyi 15 mahnı fransızlarla yanaşı, azərbaycanlı tamaşaçıların da zövqünü oxşamışdır.

Qrupun üzvləri və təşkilatçılar konsertin yüksək səviyyədə təşkilinə görə Fransanın Azərbaycandakı səfirliyi və Fransız Mədəniyyət Mərkəzi adından "Üns" yaradıcılıq teatrının direktoru Nərgiz Paşayevaya xüsusi minnətdarlıqlarını bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 17 iyun.- S. 7.