Azərbaycan alimi Beynəlxalq
Təltiflər İttifaqının
"I dərəcəli Hippokrat"
ordeninə layiq görülmüşdür
Azərbaycan Tibb
Universitetinin insan anatomiyası kafedrasının müdiri,
Rusiya Federasiyası Tibb Elmləri Akademiyası və Türk
Dünyası Araşdırmaları Uluslararası Elmlər
Akademiyasının akademiki, akademik Yusif Məmmədəliyev
və Hacı Zeynalabdin Tağıyev adına mükafatlar
laureatı, tibb elmləri doktoru, professor Vaqif Şadlinski daha
bir beynəlxalq mükafata layiq görülmüşdür.
Beynəlxalq Təltiflər
İttifaqının prezidenti M.Pekelisin imzası ilə
göndərilmiş sənəddə bildirilir ki, Azərbaycan
alimi tibb elminin inkişafı sahəsində xidmətlərinə
görə bu qurumun "I dərəcəli Hippokrat"
("Xilaskarlıq və şəfqət") ordeninə
layiq görülmüşdür.
Anadan olmasının 70,
elmi fəaliyyətinin 45 illiyi ərəfəsində orden
professor V.Şadlinskiyə təqdim edilmişdir. Bu mükafat
onun elmi fəaliyyətinə və tibbi kadrlar
hazırlanması işindəki uğurlarına verilmiş layiqli
qiymətdir.
AzərTAc
Azərbaycan.- 2009.- 17 iyun.- S. 7.