Kür imdad diləyir

 

Çoxu deyir ki, Kür çayının müdhiş vəziyyətini nizama salmaq qeyri-mümkündür. Ötən günlər yada düşür. Hələ Sovetlər dövründə köhnə dostum Qasım Əliyev təbiəti mühafizə üzrə Qazax müfəttişliyinin rəisi işləyirdi. Bir də görürlər ki, Kürdə çirklənmə baş alıb gedir. Çoxlu çirkabla yanaşı Rustavi kombinatının mazutu axıb gəlir. Məsələ qaldırıldı. İş o vaxt Sovet dövlətinin rəhbərliyi səviyyəsinə qalxdı. Rustavi Metallurgiya Kombinatı Azərbaycana bir milyon manat cərimə verməli oldu. Yetmişinci illərdə Şəmkir SES- balıqların kütləvi surətdə qırılması da geniş əks-səda doğurmuş nəticədə ciddi tədbirlər görülmüşdü. Deməli, istəyəndə hər şeyi eləmək mümkündür.

Adına Dəli Kür dediyimiz bu nəhəng su mənbəyi ölkəmizin ən dəyərli təbii sərvətlərindən biridir. Öz başlanğıcını Türkiyənin Qızılgədik dağından götürərək Gürcüstan Azərbaycan ərazisi ilə Xəzər dənizinə axır. Uzunluğu 1364 kilometrdir (bəzi mənbələrdə 1515 kilometr). Təqribən 749 kilometri Azərbaycanın payına düşür.

Kür çayının xalq təsərrüfatı üçün əhəmiyyəti əvəzsizdir. Min hektarlarla əkin sahəsi suvarılır. Xeyli balıq ovlanır. İçməli su kimi Bakıya qədər gedib çıxır. Kür çayı üstündə bir neçə su elektrik stansiyası inşa edilmişdir ki, bu da Cənubi Qafqazı elektrik enerjisi ilə təmin edir. Çay boyunca təbii Tuqay meşələri uzanıb gedir. Kür-Araz ovalığı mühüm kənd təsərrüfatı ərzaq məskənidir. Buna görə Kür çayı vadisinin ekoloji problemlərinin həlli dövləti əhəmiyyətə malikdir.

Lakin uzun illərin laqeydliyi üzündən Kür çayı elə bir təhlükəli hala düşmüşdür ki, onun xilası üçün təxirəsalınmaz tədbirlər tələb olunur. Əks halda Kür çayı adamlar üçün ümumi bəlaya çevrilə bilər.

Hələ 1989-cu ildə gürcü alimi N.Masaberidze yazırdı ki, "Gürcüstan ərazisində Kür çayı çirkab axınına çevrilmişdir. Xüsusilə Mtsxeti, Tbilisi Rustavi sahələrində Kür suyunda fenollar 300-500 dəfə, nitrat-nitridlər 270-300 dəfə, ağır metal duzları 290-310 dəfə, deterkentlər (yuyucu tozlar) 600 dəfə, zərərli bakteriyalar isə 800-1000 dəfə sanitar normalardan artıqdır".

Azərbaycan, Ermənistan Gürcüstan respublikaları su mühafizə idarələrinin hesablamalarına görə, 1992-ci ildə Kür çayına 575 milyon kubmetr çirkab suları tökülmüşdür ki, bunun da yarıdan çoxu - yəni 300 milyon kubmetri Ermənistanın payına düşür. Bu vəziyyət nəinki yaxşılaşmır, əksinə, illər keçdikcə daha da pisləşir.

Elə buna görə hələ 2000-ci ildə Gürcüstan hökuməti əhalinin Kürün suyundan hətta texniki məqsədlər üçün istifadəsini qadağan etmişdir.

Ölkəmizdə bu mühüm məsələyə nəzarətin təşkili ilə Ekologiya Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamenti məşğul olur. 2005-ci ildə departamentin Qazax Analitik Tədqiqatlar Laboratoriyası yaradılmışdır. Laboratoriyanın rəisi Emin Sarıyev deyir ki, Qazax-Şəmkir zonasında beş məntəqəmiz var. Ayda üç dəfə nümunələr götürüb nazirliyə göndəririk. Müşahidələr göstərir ki, vəziyyət heç xoş deyildir.

Hər dəfə yoxlamalar zamanı görürük ki, suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol mis birləşmələri yol verilən qatılıq həddindən dəfələrlə çoxdur. Vəziyyətin nizama salınması üçün dövlət səviyyəsində sistemli işlərin görülməsi vacibdir. Vaxtilə Ağstafa-Qazax çaylarının qabağında təmizləyici qurğular var idi. Dağılıb gedib. Belə qurğuların inşasına böyük ehtiyac duyulur. Ümumən hər bir yerli su mənbəyi çaya qovuşarkən məxsusi tikilən təmizləyici sistemdən keçməlidir. Qaldı dövlətlər arasından axan çaylara, təcrübəli ekoloq Nəriman Həsənov deyir ki, bu sahədə çox ciddi sistem olmalıdır. Bir sıra ölkələrdə böyük çaylar sərhədi keçəndə su analiz olunur, təhlillər aparılır, təkliflər tövsiyə edilir, bir növ çay təhvil alınır. Belə bir təhvil-təslimin Kür çayı üçün olması vacibdir.

Bu yaxınlarda Qazaxıstanda Mərkəzi Asiya Qafqaz ölkələri üzrə ekspertlərin "Transsərhəd yeraltı suların inventarlaşdırılması" mövzusunda keçirilən beynəlxalq seminarda əsas diqqət Kür Araz çaylarının ekoloji cəhətdən acınacaqlı vəziyyətinə cəlb edildi. Qeyd olundu ki, həmin çaylar Ermənistan Gürcüstan ərazilərində həddən artıq çirkləndirilir, çirkab suları bioloji baxımdan əsla təmizlənmədən birbaşa bu çaylara axıdılır. Bu da yerlərdə ciddi fəsadlar yaradır. Belə dözülməz halların qarşısının alınması üçün YUNESKO ATƏT-in müvafiq qurumları konkret tədbirlər görməlidir.

Kür çayının kəskin surətdə zəhərlənməsində Xram çayının da payı az deyildir. Xram çayı Ermənistandan gəlir. Bu, əslində nadan qonşuların məqsədli surətdə yolladıqları zəhər mənbəyidir. Xüsusən Allahverdi mis zavodunun, İcevan xalça fabrikinin digər müəssisələrin tullantıları, hər cür çirkab suları məqsədli surətdə Xram vasitəsilə Kürə - yəni Azərbaycana axıdılır.

Tovuzda olarkən rayon sakinləri ilə söhbət etdik. Tovuz çayının suyu elə halda gəlir ki, dedilər, içmək üçün istifadə edə bilmirik, heç mal-qaraya, suvarma işlərinə yaramır. Dəfələrlə kütləvi zəhərlənmə halları qeydə alınıb. Müşahidələr göstərir ki, son illərdə həmin çaya tökülən çirkablar nəticəsində saprobluq dərəcəsi 12-16 dəfə artmış, suda sərbəst oksigen isə 37 faiz azalmışdır. Bir zaman şəffaf, dupduru olan Xram çayının bərk çöküntüləri 16 dəfə, sudakı nitrat-nitridlərin miqdarı 32 dəfə çoxalmışdır. Fenollar neft məhsullarının miqdarı müvafiq surətdə sanitar normadan 70-40 dəfə yüksəkdir.

Xram çayı ilə yanaşı Ağstafaçay da öz başlanğıcını Ermənistan ərazisindən götürür. O da əslində zəhərli maddələr yığnağına çevrilib. Gürcüstan Ermənistan ərazilərindən hər il Kür hövzəsinə on min tonlarla yalnız kommunal mənşəli azot-fosfor birləşmələri daxil olur.

Azərbaycanın özündə Kürə qarşı olan amansızlıq, biganəlik ciddi təşviş doğurur. Qazaxdan Xəzərə kimi hamı Kür suyundan bəhrələnir, əvəzində isə ora müntəzəm surətdə ən dözülməz çirkab axıdır. Halbuki Kür boyu hər bir şəhərdə, qəsəbə kəndlərdə müasir təmizləyici qurğular qoyulmalıdır. Təəssüf ki, heç yanda belə qurğular yoxdur. Bir sözlə, Kürün nicatı taleyin ümidinə qalıb.

Unutmaq olmaz ki, Kür çayı ölkəmizin həyat amili, elimizin gün-güzəranı, xalqın milli sərvətidir. Ona görə bu nəhəng su - həyat çeşməsinin müşkül vəziyyətini nəzərə alaraq Kürün xilasına yönəldilmiş sistemli tədbirlər görülməlidir.

Kürün hövzəsi əsasən Azərbaycanın ərazisindən kənarda çirkləndiyinə görə respublikamızın səlahiyyətli orqanları müvafiq ölkələr qarşısında məsələ qaldırmalı, beynəlxalq qanunlara uyğun olaraq qonşu dövlətlərlə birlikdə tranzit suların saflığının qorunması üçün proqramlar hazırlayıb həyata keçirilməsinə çalışmalıdır.

Biz belə düşünürük. Daha yaxşısını bu mühüm işə bilavasitə cavabdeh olan respublika Ekologiya Təbii Sərvətlər Nazirliyi bilər.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2009.- 17 iyun.- S. 8.