Dövlət İdarəçilik Akademiyasında dövlət imtahanı keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) rəhbər kadrların ixtisasartırma fakültəsinin əyani şöbəsində dövlət imtahanı keçirilmişdir.

DİA-dan bildirmişlər ki, Dövlət İmtahan Komissiyasına Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov rəhbərlik etmişdir. İmtahan komissiyasına akademiyanın müəllimləri də daxil edilmişdir.

Müdavimlər imtahanda "Dövlət qulluğu və kadr siyasəti", "Dövlət idarəçilik nəzəriyyəsi" fənləri üzrə sualları cavablandırmışlar.

Fakültədə imtahanlar davam etdirilir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 18 iyun.- S. 5.