Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respulikası Qanununun 7.1-ci maddəsinə əsasən, vətəndaş Hava Baba qızı Cəfərovanın şikayətinə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.

Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 3-nə təyin edilmiş iclasında baxılacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 18 iyun.- S. 5.