Qırğızıstanın Çolpon-Ata şəhərində TRASEKA Hökumətlərarası
Komissiyasının 7-ci illik
iclası olmuşdur
Qırğızıstanın
İsık Kul vilayətinin Çolpon-Ata şəhərində
TRASEKA Hökumətlərarası Komissiyasının 7-ci illik
iclası keçirilmişdir.
İclasda TRASEKA
proqramının iştirakçısı olan dövlətlərin
- Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan,
Rumıniya, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan,
Ermənistan və Qırğızıstanın milli katibləri,
həmçinin TRASEKA Hökumətlərarası
Komissiyası daimi katibliyinin, maliyyə institutlarının
nümayəndələri iştirak etmişlər.
Avropa
Komissiyasının nümayəndəsi Conatan Şili
demişdir ki, TRASEKA nəqliyyat dəhlizi beynəlxalq nəqliyyat
xəttinin əsas bağlayıcı hissəsi kimi Avropa ilə
Asiyanı birləşdirən ən mühüm
infrastrukturlardan biridir.
İclasda
iştirakçı dövlətlər arasında əməkdaşlığın
daha da dərinləşdirilməsi,
yükdaşımaların artırılması məsələləri
müzakirə edilmiş, İran İslam Respublikası
TRASEKA-nın tamhüquqlu üzvü seçilmiş, quruma sədrlik
Qazaxıstandan Qırğızıstana keçmişdir.
Deyilmişdir ki,
1993-cü ildən 2008-ci ilədək proqram çərçivəsində
120,13 milyon avro dəyərində 58 layihə həyata
keçirilmişdir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Çolpon-Ata
Azərbaycan.- 2009.- 19 iyun.- S. 5.