Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsi Yevlax şəhərində vətəndaşların
müraciətlərinə baxılması və sənədlərlə
işin təşkili mövzusunda zona seminar-müşavirəsi
keçirmişdir.
Yevlax şəhərindəki
Heydər Əliyev adına sarayda keçirilən
seminar-müşavirədə Yevlax və Mingəçevir
şəhərlərinin, Ağcabədi, Bərdə,
Ağdaş, Göyçay, Tərtər, Ucar və Zərdab
rayonları icra hakimiyyətlərinin başçıları
və onların müavinləri, həmin rayonların icra
hakimiyyəti başçıları aparatlarının
şöbə müdirləri, şəhər, qəsəbə
və kənd ərazi icra nümayəndələri, bələdiyyə
şuralarının sədrləri, respublikanın mərkəzi
icra hakimiyyəti orqanlarının yerli və regional
qurumlarının rəhbərləri, həmin rayonların məhkəmə
və hüquq-mühafizə orqanlarının nümayəndələri
- cəmi 420 nəfər iştirak etmişdir.
Tədbiri Yevlax Şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev
açaraq seminar-müşavirənin işinə uğurlar
arzulamışdır.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsi müdirinin müavini Fikrət Əzizovun
müzakirə olunan məsələ ilə bağlı məlumatı
dinlənilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Prezidenti
İlham Əliyev hər bir Azərbaycan vətəndaşının
rəhbəri olacağını rəsmən bəyan
etmişdir. Prezidentimiz xalqa verdiyi sözü ölkənin
regionlarının hərtərəfli inkişafına yönəlmiş
geniş sosial-iqtisadi inkişaf proqramı vasitəsilə
ardıcıl həyata keçirir, xalqın həyat səviyyəsinin
durmadan yüksəlməsinə təminat yaradır, vətəndaşların
hüquq və azadlıqlarının müdafiəsinə,
onların müraciətlərinin obyektiv həllinə
xüsusi əhəmiyyət verir. Vətəndaşların
müraciətlərində qaldırılan məsələlər
diqqətlə öyrənilir, müvafiq təsnifata uyğun
qruplaşdırılır, məsələlərin xarakteri,
mahiyyəti araşdırılır və bu barədə
müraciət müəlliflərinə məlumat verilir.
Seminar-müşavirədə
vətəndaşların müraciətlərinə
baxılması məsələlərini tənzimləyən
normativ hüquqi aktların əsas tələbləri, "Vətəndaşların
müraciətlərinə baxılması qaydası
haqqında" Azərbaycan Respublikasının Qanunu və
müraciətlərin əsas anlayışları, qanunla əlaqədar
qəbul olunmuş kargüzarlıq qaydaları və digər
sənədlər barədə ətraflı məlumatlar
verilmişdir.
Prezident
Administrasiyasına daxil olan müraciətlərin son illərdəki
dinamikasından bəhs edilərkən göstərilmişdir
ki, Azərbaycan vətəndaşlarının ictimai-siyasi fəallığı
xeyli yüksəlmişdir. Əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş böyük
inkişaf strategiyasını müasir mərhələdə
ulu öndərin layiqli varisi, dövlətimizin
başçısı İlham Əliyev uğurla davam etdirir.
Yerlərdə icra hakimiyyəti başçılarının
keçirdiyi görüşlər, onların vətəndaşlarla
birbaşa ünsiyyət yaratması, mövcud problemlərin
yerində araşdırılması əsassız
yazışmaların qarşısının alınmasına
ciddi təsir göstərmişdir. Xüsusilə kollektiv
müraciətlərin mövcud olduğu yaşayış məntəqələrində
belə görüşlər ümumi işə fayda gətirmişdir.
Seminar-müşavirədə
Prezident Administrasiyasının sənədlərlə və
vətəndaşların müraciətləri ilə iş
şöbəsinin baş məsləhətçisi Minayə
Əliyeva çıxış edərək mərkəzi və
yerli icra hakimiyyəti orqanlarında vətəndaşların
müraciətlərinə baxılması vəziyyətini
ayrı-ayrı rayonların nümunəsində konkret
faktlarla açıqlamış, müraciətlərə
daha çox nəzarət qaydasında baxılmasının
vacibliyini vurğulamışdır.
Tədbirdə Mingəçevir
şəhərinin, Ağdaş, Bərdə, Ucar, Zərdab
rayonlarının icra hakimiyyəti
başçılarının müavinləri Əli Qəniyev,
İsmayıl Yusifzadə, Zakir Həsənov, Nadir Mirzəliyev,
Rəhman Feyzullayev, Göyçay rayon İHB aparatının
ümumi şöbəsinin müdiri Zivər Zeynalova, Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi Ağcabədi
rayon şöbəsinin müdiri Abbas Süleymanov, Tərtər
Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru
Abbas Cavadov çıxış edərək vətəndaşların
qəbulu, onların yazılı və şifahi müraciətlərinə
baxılması ilə bağlı görülmüş
işlərdən danışmış, bu sahədə yol
verilmiş nöqsanların aradan qaldırılması
üçün həyata keçirilən tədbirlər barədə
məlumat vermiş, vətəndaşların müraciətlərinə
baxılaraq onların problemlərinin həllinin günün tələbi
olduğunu söyləmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 19 iyun.- S. 2.