Tədbirdə Milli Məclisin
deputatı, parlamentin İnsan hüquqları komitəsinin
üzvü Həvva Məmmədova, Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri
Vüqar Məhərrəmov və Zaur Əliyev, Əzizbəyov
Rayon İcra Hakimiyyəti başçısının
müavini Arif Balayev, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi hüquq şöbəsinin
ölkələrarası övladlığa götürmə
sektorunun müdiri Elgün Səfərov, DİN-in Mərkəzi
Aparatının əməkdaşları - Kamal İmanverdiyev
və Nazim Əbdülzadə və digər qonaqlar işirak
etmişlər.
Tədbir
iştirakçıları ulu öndər Heydər Əliyevin
akademiyanın həyətində ucaldılmış abidəsi
önünə əklil qoymuş, Heydər Əliyev irsinin
öyrənilməsi üzrə ideoloji mərkəzin fəaliyyəti
ilə tanış olmuşlar.
Polis Akademiyasının
rəisi, general-mayor Ramiz Nağıyev tədbiri açaraq,
Prezident İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planı" barədə məlumat vermiş, ölkəmizdə
insan hüquqlarının müdafiəsi istiqamətində
tamamilə yeni mexanizmin yaranmasını qeyd etmişdir.
Natiq Milli Fəaliyyət
Planının tətbiq olunması üzrə 2008-ci il
yanvarın 30-da birinci, 2009-cu il fevralın 20-də isə
ikinci ilinin nəticələrinə həsr olunmuş
konfranslarda müsbət nəticələrin və
çatışmazlıqların müzakirə edildiyini,
ölkə Prezidentinin 2007-ci il 18 iyun tarixli sərəncamına
əsasən hər il iyunun 18-də "Azərbaycan
Respublikasında insan hüquqları günü" elan
olunduğunu xüsusi vurğulamışdır.
"Dəyirmi
masa"da "Milli insan hüquqları günü", Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkilinin
(ombudsman) daxili işlər orqanları ilə əməkdaşlığı,
uşaq hüquqlarının insan hüquqlarının
mühüm tərkib hissəsi olması, "Azərbaycan
Respublikasında insan hüquqlarının müdafiəsi
üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 28 dekabr tarixli sərəncamının icrası
ilə bağlı DİN-in Baş Kadrlar İdarəsi tərəfindən
görülmüş işlər və digər mövzularla
əlaqədar çıxışlar olmuş, maraqlı
fikir mübadiləsi aparılmışdır.
"Dəyirmi masa"
iştirakçıları tərəfindən tədbirin
böyük maraq doğurması xüsusi qeyd olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 19 iyun.- S. 4.