İyunun 17-də Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının sədri Azay
Quliyev, şura üzvləri Sahib Məmmədov və Əliməmməd
Nuriyev "Qeyri-Hökumət Təşkilatları (ictimai
birliklər və fondlar) haqqında" qanuna təklif edilən
dəyişiklikləri müzakirə etmək
üçün Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynov və parlamentin Dövlət quruculuğu üzrə
qanunvericilik şöbəsi müdirinin müavini Ceyhun
Qaracayev ilə görüşmüşlər.
Görüşdə əlavə
və dəyişikliklərin müəllifi Ə.Hüseynovun
müvafiq arayışı dinlənilmiş və maddələr
üzrə bütün təkliflər müzakirə
edilmişdir. Əlavə və dəyişikliklərlə
bağlı şuranın rəy və təklifləri komitə
sədrinın diqqətinə
çatdırılmışdır. Şuranın təqdim
etdiyi rəy və təkliflərin işçi qrupu tərəfindən
diqqətlə araşdırılacağını bildirən
Ə.Hüseynov bu görüşün faydalı olduğunu
vurğulamışdır.
Sonda QHT qanunvericiliyinin təkmilləşdirilməsi
ilə bağlı Milli Məclislə şura arasında
müzakirələrin davam etdirilməsi haqqında
razılıq əldə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 19 iyun.- S. 5.