Səhnələşdirilmiş məhkəmə təlimlərinə başlanılmışdır
Hakimlərin tədrisinin
mühüm əhəmiyyəti nəzərə alınaraq,
Məhkəmə-Hüquq Şurası tərəfindən bu
sahədə ardıcıl tədbirlər görülür,
beynəlxalq təşkilatlarla sıx əlaqələr
qurulur.
Səhnələşdirilmiş
məhkəmə formatında təlimlərin ədalət
mühakiməsi standartlarının öyrənilməsində
və praktiki tətbiqində əhəmiyyəti nəzərə
alınaraq Məhkəmə-Hüquq Şurası, respublika
Prokurorluğu, Vəkillər Kollegiyası və ATƏT-in
Bakı Ofisinin səmərəli əməkdaşlığı
nəticəsində birgə silsilə təlimlərin
keçirilməsi qərara alınmışdır.
Bu məqsədlə Məhkəmə-Hüquq
Şurasında təlimlərin keçirilməsi
üçün məhkəmə iclası zalı təmir
edilərək avadanlıqla təchiz olunmuşdur.
İyun ayının
18-də hakimlər, dövlət ittihamçıları və
vəkillərdən ibarət qrup təcrübəli beynəlxalq
mütəxəssislərin iştirakı ilə səhnələşdirilmiş
məhkəmə təlimlərinə
başlamışdır. Təlim zamanı məhkəmə
zalının idarə olunmasında ədalət mühakiməsi
standartlarının tətbiqinə xüsusi diqqət yetiriləcəkdir.
Kursun
açılışında ölkəmizdə ədalət
mühakiməsinin səmərəliliyinin
artırılması üzrə dövlətimizin
başçısı İlham Əliyevin
tapşırıqlarına əsasən həyata
keçirilmiş köklü mütərəqqi tədbirlər
qeyd edilmiş, o cümlədən yeni regional apellyasiya məhkəmələrinin
fəaliyyətə başlaması, hakimlərin iş
yükünün azaldılması məqsədi ilə hakim
ştatlarının sayının 50 faiz
artırılması, 160-dək yüksək
hazırlıqlı hakimliyə namizədin Avropada olan ən
mütərəqqi qaydalarla seçilib hakim təyin edilmələri
vurğulanmış, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi
üzrə tədbirlərin davam etdirildiyi bildirilmişdir.
ATƏT-in Bakı
Ofisinin rəhbəri Əli Bilge Cankorel tədbirdə
çıxış edərək Azərbaycanda qısa zaman ərzində
həyata keçirilən məhkəmə islahatının
müsbət nəticələrinin şahidi olduğunu qeyd
etmiş, səmərəli əməkdaşlığa
görə minnətdarlığını bildirmişdir.
Tədbirdə cari ilin
aprel ayında keçirilmiş "Təlimçilərin təlimi"
kursunun iştirakçılarına sertifikatlar təqdim
olunmuş və təlim zalının
açılışı keçirilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 19 iyun.- S. 5.