3. Dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi qəbul edir

 

Avropa Şurası hələ Azərbaycanın bu quruma üzv olmasından əvvəl Dağlıq Qarabağ münaqişəsini diqqət mərkəzində saxlayıb.

1994-cü ilin noyabrında AŞ PA Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsini qəbul etdi. Burada münaqişə nəticəsində 20 mindən çox insanın həlak olması və bir milyon insanın qaçqın və məcburi köçkün düşməsi faktı öz əksini tapdı.

1997-ci ilin aprelində AŞ PA münaqişəyə dair daha bir qətnamə qəbul etdi. "Qafqazda münaqişələrə dair" adlanan qətnamədə Abxaziya və Dağlıq Qarabağ münaqişələrinin həllinə AŞ-nin kömək göstərməsinin zəruriliyi vurğulanırdı. Sənəddə sərhədlərin toxunulmazlığı, region xalqları üçün çoxmillətli sülhməramlı qüvvələr tərəfindən dəstəklənən təminatlı təhlükəsizlik, Abxaziyaya və Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsi, qaçqın və məcburi köçkünlərin geri qaytarılmasının mümkünlüyü prinsipləri əsasında münaqişələrin həlli nəzərdə tutulurdu. Sənədin Dağlıq Qarabağ münaqişəsinə dair bölməsində işğal olunmuş ərazilərin azad edilməsi, münaqişənin sülh yolu ilə nizamlanması Avropa Şurasının tövsiyəsi kimi öz əksini tapmışdı.

Ötən əsrin son on illiyində ikinci dəfə dövlət müstəqilliyini əldə edən Azərbaycanın üzləşdiyi ən böyük problem xarici havadarlarının köməyindən istifadə edən Ermənistanın ərazilərimizin bir qismini işğal etməsi oldu.

Həmin dövrdə ermənilərin qərəzli və qeyri-obyektiv təşviqat kampaniyası sayəsində dünya ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı əsl həqiqətdən xəbər tutmur və yanlış məlumatlandırılırdı. Ovaxtkı Azərbaycan rəhbərliyinin səriştəsizliyi nəinki dünyanı bu reallıqdan xəbərdar etməyə imkan verirdi, əksinə, yeridilən siyasət regionda və onun sərhədlərindən kənarda ölkəmizə qarşı bir sıra dövlətlərin daha qərəzli mövqe tutması ilə nəticələnirdi.

 

Ümummili liderin dönüşü ilə dəyişən siyasət

 

Ümummili lider Heydər Əliyevin xalqın tələbilə yenidən hakimiyyətə qayıtmasından sonra vəziyyət tamamilə dəyişdi. Azərbaycanın Ermənistanın təcavüzünə məruz qalması ilə bağlı həqiqətlər dünyaya çatdırıldı, beynəlxalq təşkilatlar və dövlətlər bir-birinin ardınca ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən mövqe nümayiş etdirdilər.

Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə artıq beynəlxalq arenada Ermənistanın Azərbaycan diplomatiyasına məğlubiyyətini bir qədər də dərinləşdirmişdir. Diplomatiya sahəsində tam qələbəsini təmin edən Azərbaycan yaratdığı güclü ordu hesabına ərazilərinin işğaldan azad olunmasını hər an reallaşdırmaq qüdrətindədir. Lakin problemin sülh yolu ilə həlli imkanları tükənmədiyindən Azərbaycan münaqişənin danışıqlar yolu ilə çözümünü prioritet istiqamət seçib. Prezident İlham Əliyev bu məqamla əlaqədar aşağıdakıları bildirmişdir: "Bizim heç bir başqa ölkənin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verməyəcəyik və heç vaxt dünya birliyi qondarma Dağlıq Qarabağ rejimini müstəqil qurum kimi tanımayacaqdır. Azərbaycan heç vaxt buna icazə verməyəcək və istənilən yollarla öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Sadəcə olaraq biz istəyirik ki, bunu sülh yolu ilə, danışıqlar yolu ilə edək".

Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli siyasətini davam etdirən Azərbaycan əvvəlki kimi beynəlxalq təşkilatların Ermənistanın işğalçı mövqeyinə qarşı daha sərt tədbirlər görməsi üçün fəaliyyətini günü-gündən genişləndirməkdədir. Belə təşkilatlardan biri də Azərbaycanın 2001-ci ildən üzvü olduğu Avropa Şurasıdır. Lakin Avropa Şurası hələ Azərbaycanın bu quruma üzv olmasından əvvəl Dağlıq Qarabağ münaqişəsini diqqət mərkəzində saxlayıb. Belə ki, 1992-ci ilin fevralında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) quruma üzv olmayan Avropa ölkələri ilə Əlaqələr Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk bəyanatı qəbul edib. Sənəddə Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə edilir və tərəflərə atəşi dayandırmaq, münaqişəni sülh yolu ilə aradan qaldırmaq tövsiyə olunurdu. Ancaq həmin sənəd münaqişə ilə bağlı vəziyyətə tam obyektiv qiymət vermirdi.

Bundan sonra Avropa Şurası Nazirlər Komitəsində münaqişə ilə bağlı qəbul edilən bir sıra bəyanatlarda da Azərbaycanın mənafeləri baxımından müəyyən çatışmazlıqlar özünü göstərdi. Bir qədər sonra, 1994-cü ilin noyabrında AŞ PA Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsini qəbul etdi. Burada münaqişə nəticəsində 20 mindən çox insanın həlak olması və bir milyon insanın qaçqın və məcburi köçkün düşməsi faktı öz əksini tapdı.

1997-ci ilin aprelində AŞ PA münaqişəyə dair daha bir qətnamə qəbul etdi. "Qafqazda münaqişələrə dair" adlanan qətnamədə Abxaziya və Dağlıq Qarabağ münaqişələrinin həllinə AŞ-nin kömək göstərməsinin zəruriliyi vurğulanırdı. Sənəddə sərhədlərin toxunulmazlığı, region xalqları üçün çoxmillətli sülhməramlı qüvvələr tərəfindən dəstəklənən təminatlı təhlükəsizlik, Abxaziyaya və Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsi, qaçqın və məcburi köçkünlərin geri qaytarılmasının mümkünlüyü prinsipləri əsasında münaqişələrin həlli nəzərdə tutulurdu. Sənədin Dağlıq Qarabağ münaqişəsinə dair bölməsində işğal olunmuş ərazilərin azad edilməsi, münaqişənin sülh yolu ilə nizamlanması Avropa Şurasının tövsiyəsi kimi öz əksini tapmışdı.

 

Avropa Şurasında yeni uğurlara doğru

 

Azərbaycanın Avropa Şurasında Dağlıq Qarabağ həqiqətləri ilə bağlı daha genişmiqyaslı diplomatik uğuru isə ölkəmizin bu quruma üzv olmasından sonra başlandı. 2001-ci ilin yanvarında Azərbaycan və Ermənistanın quruma tamhüquqlu üzv kimi qəbul olunduğu sessiyada İngiltərədən olan deputat Corc Teylor Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilərin törətdiyi vəhşiliklərdən danışdı. O, burada insan hüquqlarının kobud şəkildə tapdalandığını, ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasət apardıqlarını bəyan etdi. C.Teylor qaçqınların və məcburi köçkünlərin ağır vəziyyətdə yaşadığına diqqəti çəkərək Avropa Şurasının bu sahədə ciddi addımlar atmasının zəruriliyini bildirdi. O, ermənilərin işğal olunmuş ərazilərdə dağıdıcılıqla məşğul olduqlarını, buradakı mədəniyyət abidələrini, xidməti binaları, məktəbləri, xəstəxanaları məhv etdiklərini söylədi: "Dağlıq Qarabağda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş genosidə siyasi qiymət verilməlidir".

Beləliklə, ölkəmizin quruma üzvlüyündən sonra AŞ PA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində elə ilk sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmağa başladı. Məhz cənab İlham Əliyevin rəhbərliyi altında qurumda ölkəmizi təmsil edən deputatlar AŞ PA-nın müxtəlif dövlətlərdən olan üzvləri ilə yaxın münasibətlər qurur, ölkəmizin qarşılaşdığı problemlər, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşaması barəsində ətraflı məlumatlar verirdilər. Bunun nəticəsi olaraq Avropa Şurası Nazirlər Komitəsinin 108-ci sessiyasının rəsmi məlumatında Ermənistanın təcavüzkar siyasəti pislənilirdi. Həmin sənəddə aydın şəkildə qeyd olunurdu ki, Avropa Şurası ölkələrin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəkləyir.

2001-ci ilin aprelində AŞPA-nın yaz sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində narkoticarətin genişlənməsi, terrorizmin inkişafına dair avropalı deputatlara lazımi bilgilər çatdırıldı. Bununla bağlı sessiyada daha çox diqqət cəlb edən məqam Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin çıxışı oldu. Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən birinin Azərbaycanın işğal edilmiş ərazilərində olduğunu diqqətə çatdıran cənab İlham Əliyev bildirirdi: "Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəinki bir milyon azərbaycanlı, qaçqın evsiz-eşiksiz qalıb, çoxsaylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimiz, əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni işğalçılarının zəbt etdikləri ərazidə bütün infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri ərazidə mütəşəkkil cinayətkarlığın inkişafı üçün çox əlverişli şərait yaranmışdır. "Dağlıq Qarabağ respublikası" deyilən ərazidən narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün istifadə edilir. Narkotiklərlə məşğul olan işbazlar və tiryək alverçiləri orada özlərini təhlükəsiz və çox rahat hiss edirlər".

Bundan başqa, cənab İlham Əliyev ona da diqqət çəkirdi ki, Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi fəaliyyət buradakı qondarma "respublika"nı "çirkli pulların yuyulması" əməliyyatları sahəsində məşhurlaşdırıb. Cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə ədalətli münasibət bildirilməsinin zəruriliyinə də xüsusi diqqət çəkirdi: "Nə vaxta kimi Avropa belə bir fakta göz yumacaq ki, Avropa Şurasının bir üzvü olan Ermənistan başqa bir üzvün - Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayır?".

Məhz belə qətiyyətli mövqedən sonra AŞ PA-da Dağlıq Qarabağ münaqişəsinə münasibətdə daha ciddi dönüş yarandı. Sessiyada britaniyalı deputat Terri Devis AŞ PA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi təyin edildi. Ermənistan AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçinin təyin olunmasına qarşı çıxsa da, Azərbaycan nümayəndə heyətinin prinsipial mövqeyi ermənilərin etirazına hər hansı əhəmiyyət verilməməsilə nəticələndi.

2003-cü il yanvarında Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞ PA-nın sədr müavini və büro üzvü vəzifələrinə seçilməsilə ölkəmizin bu qurumla əlaqələri bir qədər də yüksəldi. AŞ PA-nın 2005-ci ilin yanvarında qəbul etdiyi 1416 saylı qətnamədə yer alan müddəalar bir daha Ermənistanın işğalçı dövlət olduğunu təsdiq edir, Dağlıq Qarabağ regionunun separatçı qüvvələrin nəzarəti altında olduğu xatırlanırdı.

Bununla bağlı qətnamənin xülasə hissəsində qeyd olunurdu: "Azərbaycan ərazisinin böyük bir hissəsi hələ də Ermənistan qoşunlarının işğalı altındadır. Hərbi əməliyyatlar və bu əməliyyatlardan qabaq geniş surətdə yayılmış etnik düşmənçilik etnik mənsubiyyətinə görə insanların geniş miqyasda yerlərindən qovulmasına və dəhşətli etnik təmizləmə konsepsiyasını xatırladan monoetnik ərazilərin yaradılmasına gətirib çıxarmışdır. Dağlıq Qarabağ regionu hələ də separatçı qüvvələrin nəzarəti altındadır. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğal edilməsini bu dövlətin Avropa Şurasının üzvü kimi öhdəliyinin ciddi pozulması olduğunu bir daha təkrar edir və münaqişə ərazisindən olan məcburi köçkünlərin təhlükəsizlik şəraitində və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarının olduğunu bir daha təsdiqləyir".

 

Ermənistana növbəti zərbə

 

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsilə bağlı qurumda növbəti uğuru isə 2002-ci ilin payız sessiyasına təsadüf etdi. Sessiyada ermənilərin ciddi müqavimətinə baxmayaraq, Azərbaycanın təkidi ilə Ermənistan barədə qətnaməyə Azərbaycan torpaqlarının işğal olunması, qaçqınlar və məcburi köçkünlərin bu işğal nəticəsində öz torpaqlarından didərgin düşməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri barədə düzəlişlər edildi. Bu məsələlər Azərbaycana aid qətnamədə də öz əksini tapdı.

2003-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞ PA-nın sədr müavini və büro üzvü vəzifələrinə seçilməsilə ölkəmizin bu qurumla əlaqələri bir qədər də yüksəldi. Bundan sonra Azərbaycanın qurumda yeni bir uğuru 2003-cü ilin yay sessiyasında qeydə alındı. Həmin sessiyada "Avropada muxtar vilayətlərin müsbət təcrübəsi" məsələsi ətrafında müzakirələr aparılırdı. Burada məhz cənab İlham Əliyevin təklifi ilə muxtar vilayətlərin ərazi bütövlüyünü pozmaq səlahiyyətlərinə malik olmadığı barədə müddəa sənədə əlavə edildi. Yenə də ermənilərin ciddi müqavimətinə baxmayaraq, cənab İlham Əliyevin qətiyyətli mövqeyi onların geri çəkilməsinə səbəb oldu. Beləliklə, sözügedən sənədə "muxtariyyət verilməsi dövlətin özünün suverenliyinə və ərazi bütövlüyünə əsaslanmalıdır" cümləsi əlavə edildi. Bu, faktiki olaraq, Dağlıq Qarabağdakı separatçı rejimin müstəqillik tələblərinin qarşısına sədd çəkən çox mühüm bir addım idi. Sənədin Azərbaycanın istədiyi şəkildə qəbul edilməsi həm də muxtariyyətin ərazi bütövlüyü prinsipindən sonra gəldiyini göstərirdi. Ermənilərin buna qarşı çıxması isə heç bir nəticə vermədi və Azərbaycan qurumda növbəti uğurunu qazanmış oldu.

Ümumiyyətlə, cənab İlham Əliyevin qurumda ölkəmizi təmsil edən nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə AŞ PA-da Azərbaycan həqiqətlərini özündə əks etdirən 30-a yaxın sənəd hazırlanmış və təşkilatın rəsmi sənədləri kimi yayılmışdır.

 

Ermənistanın kabusu:1416 saylı qətnamə

 

Sonrakı dövrdə də Azərbaycan Avropa Şurasında ermənilərin mövqelərinə bir-birinin ardınca diplomatik zərbələr endirməkdə davam edir və təşkilatda Ermənistanın işğalçılıq siyasətinə qarşı yeni-yeni sənədlərin qəbul edilməsinə nail olurdular. Belə mühüm sənədlərdən biri də AŞ PA-nın 2005-ci ilin yanvarında qəbul etdiyi 1416 saylı yeni qətnamə oldu.

Bu qətnamə AŞ PA tərəfindən Ermənistanın işğalçılıq siyasətinə qarşı daha bir ciddi zərbə idi. Belə ki, burada yer alan müddəalar bir daha Ermənistanın işğalçı dövlət olduğunu təsdiq edir, Dağlıq Qarabağ regionunun separatçı qüvvələrin nəzarəti altında olduğu xatırlanırdı. Bununla bağlı qətnamənin xülasə hissəsində qeyd olunurdu: "Azərbaycan ərazisinin böyük bir hissəsi hələ də Ermənistan qoşunlarının işğalı altındadır. Hərbi əməliyyatlar və bu əməliyyatlardan qabaq geniş surətdə yayılmış etnik düşmənçilik etnik mənsubiyyətinə görə insanların geniş miqyasda yerlərindən qovulmasına və dəhşətli etnik təmizləmə konsepsiyasını xatırladan monoetnik ərazilərin yaradılmasına gətirib çıxarmışdır. Dağlıq Qarabağ regionu hələ də separatçı qüvvələrin nəzarəti altındadır. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğal edilməsini bu dövlətin Avropa Şurasının üzvü kimi öhdəliyinin ciddi pozulması olduğunu bir daha təkrar edir və münaqişə ərazisindən olan məcburi köçkünlərin təhlükəsizlik şəraitində və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarının olduğunu bir daha təsdiqləyir".

Qətnamənin ən mühüm cəhəti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin Avropada fəaliyyət göstərən beynəlxalq təşkilat səviyyəsində ilk dəfə belə açıq etiraf edilməsi və bunun presedent yaratması oldu. Ermənilərin etnik təmizləmə siyasətinin də tənqid olunduğu qətnamə Ermənistanın beynəlxalq aləmdə mövqeyini daha da sarsıtdı.

Kifayət qədər obyektiv xarakter daşıyan bu qətnamənin ardınca AŞ PA-nın qəbul etdiyi 1690 saylı tövsiyə Ermənistana daha bir zərbə oldu. Çünki Avropa Şurasının Nazirlər Komitəsinə ünvanlanan tövsiyələrdə bilavasitə 1416 saylı qətnamənin şərtlərinə istinad edilirdi. Qətnaməyə istinadən Nazirlər Komitəsinə ünvanlanan tövsiyələrin birinci bəndində qeyd olunurdu: "Müvafiq tərəfləri təkidlə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etməyə, xüsusilə istənilən hərbi əməliyyatlardan çəkinməyə və silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarmağa çağırmaq". Həmçinin tövsiyələrdə 1416 saylı qətnamənin milli, ikitərəfli və beynəlxalq səviyyələrdə dəstəklənməsi üçün üzv dövlətlərin hökumətlərinə göndərilməsinə də diqqət yetirilirdi.

Beləliklə, Azərbaycanın yürütdüyü siyasət nəticəsində AŞ PA-dan kifayət qədər ciddi zərbə alan Ermənistan sonrakı dövrdə də bu qurumda uğursuzluğa düçar oldu. Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət, tarixi-mədəni abidələrin məhv edilməsi və bu qəbildən olan digər məsələlərə görə də Ermənistan təşkilatda daim əsas tənqid hədəfləri sırasında yer alır.

 

İKT - Ermənistana qarşı yeni cəbhə

 

Beynəlxalq aləmdə Azərbaycanın Ermənistana qarşı açdığı yeni bir cəbhə isə İslam Konfransı Təşkilatı (İKT) hesab olunmalıdır. Ümumiyyətlə, İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana təcavüz faktını tanıyan ilk beynəlxalq qurumdur. Azərbaycan isə bu təşkilatda fəal rol oynamaqla yanaşı, İKT çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu daim bəyan edib. Prezident İlham Əliyev bununla əlaqədar qeyd edir:

Azərbaycan İslam Konfransı Təşkilatında fəal rol oynayır. Bakıda bizim təşəbbüsümüzlə İKT çərçivəsində müxtəlif tədbirlər keçirilmişdir, nazirlər və digər strukturların nümayəndələri Bakıda olmuşlar. Biz bunun tərəfdarıyıq. Biz istəyirik ki, İslam Konfransı Təşkilatı çərçivəsində əməkdaşlıq daha da güclənsin, İslam həmrəyliyi daha da möhkəm olsun və ölkələrimiz arasında qarşılıqlı dəstək bütün beynəlxalq təşkilatlarda özünü göstərsin. Biz bu həmrəyliyi görürük, ancaq gələcəkdə daha da böyük işlərin görülməsinə ehtiyac var".

İKT hələ 1993-cü ildə Pakistanın Kəraçi şəhərində keçirilmiş xarici işlər nazirlərinin 21-ci konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsini qəbul edib. Burada Ermənistanın Azərbaycana qarşı hücumları və respublikamızın torpaqlarını işğal etməsi qətiyyətlə pislənilir, Ermənistanın təcavüzkar hərbi əməliyyatlara rəvac verməsi nəticəsində Azərbaycanda humanitar vəziyyətin dözülməz həddə çatması, Ermənistanın davranışının beynəlxalq sülh üçün təhlükə yaratması, bu dövlətin silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyi bildirilirdi. Bundan başqa, qətnamədə münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında, tanınmış sərhədlərin dəyişdirilməməsi şərtilə və sülh yolu ilə həlli tövsiyə olunurdu. Qətnamədə daha sonra qeyd edilirdi: "İKT Bəyannaməsinin prinsipləri və məqsədlərindən çıxış edərək, Qarabağ məsələsi barəsində Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar dərindən narahat olaraq, Ermənistanın Azərbaycana qarşı son hücumunu və Azərbaycan ərazisinin işğalını qətiyyətlə pisləyərək, Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində humanitar problemlərin dözülməz vəziyyətindən təsirlənərək, ermənilərin son təcavüzünün beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə yaratdığını dərk edərək, Baş katibin bu məsələ üzrə məruzəsini yüksək qiymətləndirərək:

1. Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləyir;

2. Erməni qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən təcili çıxarılmasını, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət bəsləməyi Ermənistandan ciddi surətdə tələb edir;

3. Qarabağ məsələsini dövlətlərin ərazi bütövlüyünün və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında ədalətlə və sülh yolu ilə həll etməyə çağırır".

Təşkilatın sonrakı zirvə görüşlərində və İKT çərçivəsində keçirilən digər toplantılarda da Dağlıq Qarabağ problemi daim diqqət mərkəzində saxlanılmış və Ermənistanın işğalçılıq siyasəti pislənilmişdir. 1994-cü ildə Kasablankada (Mərakeş) İKT ölkələrinin dövlət və hökumət başçılarının 7-ci zirvə görüşündə də Dağlıq Qarabağa dair daha bir qətnamə qəbul edilərək, burada Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması faktı yenidən kəskin şəkildə pislənildi, respublikamızda 1 milyona qədər məcburi köçkün ordusunun yaranmasından narahatlıq ifadə edildi. Qətnamədə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində mülki şəxslərə qarşı edilən hərəkətlər bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir, erməni hərbi birləşmələrinin işğal olunmuş ərazilərdən təcili çıxarılması, Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmaq tələb olunurdu.

1996-cı ildə İndoneziyada İKT xarici işlər nazirlərinin növbəti konfransında daha bir qətnamə qəbul edildi. Bu qətnaməni əvvəlkilərdən fərqləndirən əsas cəhət onun adı oldu: "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında". Halbuki, əvvəlki qətnamələr sadəcə olaraq "Ermənistan və Azərbaycan arasında münaqişə üzrə" adlanırdı.

Qətnamədə yenidən Ermənistanın işğalçı siyasəti pislənilir və işğal edilmiş ərazilərin boşaldılması tələb olunurdu. Həmçinin, qətnamədə Ermənistanın təcavüzkar addımlarının sülh prosesinə mane olduğu da vurğulanırdı.

Bundan sonrakı dövrlərdə İKT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də prinsipial mövqeyini davam etdirib. 2003-cü il oktyabrın 16-18-də Malayziyanın Putracaya şəhərində İKT-nin 10-cu zirvə konfransında növbəti dəfə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycana iqtisadi yardım göstərilməsi və Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında islam tarixi və mədəni abidələrinin məhvi barədə məsələlərə baxılmış və bu məsələlər üzrə İKT zirvə konfransının 3 müvafiq qətnaməsi qəbul olunub.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənilməsi İKT 10-cu zirvə konfransının Yekun Bəyanatında da öz əksini tapıb. Bəyanatda İKT ölkələri Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarılması çağırışı ilə çıxış edib.

2006-cı ilin iyununda İKT Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 33-cü sessiyasında bir daha İslam Konfransı Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi bəyan edilib.

Ötən ilin martında Seneqalın paytaxtı Dakarda İKT-nin "İslam dünyası XXI əsrdə" devizi altında keçirilən 11-ci zirvə görüşündə Ermənistanın Azərbaycana təcavüzünü pisləyən daha bir qətnamə qəbul olunub. Qətnamədə İKT BMT-nin Təhlükəsizlik Şurasını Ermənistana qarşı zəruri addımlar atmağa çağıraraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsindən dərin narahatlığını bildirib və ermənilərin bu ərazilərə qeyri-qanuni köçürülməsini pisləyib. Sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət edilməsi istənilib, işğal olunmuş ərazilərdə tarixi, mədəni və dini abidələrin vəhşicəsinə dağıdılması pislənilib, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinın tezliklə icrası tələb edilib. Eləcə də İKT-yə üzv ölkələrdən Ermənistanı silah və digər hərbi sursatla təmin etməkdən çəkinmək, beynəlxalq ictimaiyyətdən isə təcavüzə son qoymaq üçün Ermənistana qarşı təsirli siyasi və iqtisadi tədbirlər görməsi tələb olunub. Bundan başqa, BMT-də Azərbaycanı hər cür dəstəkləməyi qərara alan İKT ölkələri ATƏT-in Minsk qrupunun səylərini və xarici işlər nazirləri səviyyəsində aparılan sülh danışıqlarını dəstəklədiklərini bildiriblər.

İKT-nin üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampala konfransında İKT-nin Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın "Xocalıya ədalət - Qarabağa azadlıq" təşəbbüsü təsdiq edildi. Bu barədə İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul olundu. Qətnamənin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasına gətirib çıxardı.

Qətnaməyə görə İKT üzvü olan ölkələrdə humanitar faciələrin qurbanlarının Xatirə günü təsis edildi. Qətnamədə Xocalı faciəsinin də daxil olduğu siyahı təsdiq edilməklə yanaşı, XX əsrdə müsəlman ölkələri xalqlarının məruz qaldığı humanitar fəlakətlər, təcavüzlər və etnik təmizləmələr haqqında düzgün informasiyanın yayılması üçün kampaniyalar keçirilməsi nəzərdə tutulur.

Cari ilin mayında isə İKT Xarici İşlər Nazirləri Şurasının Dəməşqdə keçən 36-cı konfransında nazirlər Gənclər Forumu haqqında qəbul etdikləri yekun qətnamədə "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyasını tam dəstəkləyərək üzv ölkələri bu kampaniyada fəal iştiraka çağırıblar.

 

"Xocalıya ədalət - Qarabağa azadlıq"

 

İKT-nin Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumu da Ermənistanın işğalçı mövqeyinin dünya miqyasında pislənməsi istiqamətində fəal iş aparır. İKT Gənclər Forumu hələ 2007-ci ilin payızında Bakıda "Gənclər sivilizasiyaların alyansına tərəfdardır" Təşəbbüsü çərçivəsində təsis edilmiş "Sivilizasiyaların alyansı" Beynəlxalq Gənclər Hərəkatına da müraciət edərək, ona tərəfdaşları olan nüfuzlu beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın həm dinc azərbaycanlıların, həm də öz vətəndaşlarının qanını axıtmış sərsəm rejiminin fitnəkar hərəkətlərini dünya birliyinə çatdırmağı təklif edib.

Hərəkata o da təklif olunmuşdu ki, bu münaqişəyə potensial baxımdan sivilizasiyalararası münasibətlərin kəskinləşməsinə gətirib çıxara biləcək münaqişə kimi baxılsın. Bəyanatda göstərilirdi ki, Ermənistanda hakimiyyətə gəlmiş S.Sarkisyanın bu cür siyasəti dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənubi Qafqaz regionunda sabitliyin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər.

Xatırladaq ki, 57 ölkənin gənclər təşkilatlarını birləşdirən İKT-nin Gənclər Forumu İslam Konfransı Təşkilatının affilyasiya edilmiş təsisatı, eləcə də BMT-nin "Sivilizasiyaların alyansı" qurumunun rəsmi tərəfdaşıdır.

İKT Gənclər Forumu İdarə heyətinin ötən ilin aprelində Küveytdə keçirilən 6-cı sessiyasında isə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi seçildi. Bu, İKT Gənclər Forumunun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha çox diqqət ayırmasında mühüm rol oynadı.

Məhz bunun nəticəsi idi ki, ötən ilin mayın 17-də İstanbulda İKT Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin ikigünlük iclasında Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyası İKT ekspertləri tərəfindən dəstəklənmiş və 26 fevral - Xocalı soyqırımı gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olunmuşdu. Bundan əlavə, Xocalı qətliamının İslam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklifin də İKT nazirlərinin toplantısına təqdim edilməsi razılaşdırıldı.

Ötən ilin iyununda isə İKT-nin üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampaladakı (Uqanda) konfransında İKT-nin Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın "Xocalıya ədalət - Qarabağa azadlıq" təşəbbüsü təsdiq edildi. Bu barədə İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul olundu. Qətnamənin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasına gətirib çıxardı.

Qətnaməyə görə İKT üzvü olan ölkələrdə humanitar faciələrin qurbanlarının Xatirə günü təsis edildi. Qətnamədə Xocalı faciəsinin də daxil olduğu siyahı təsdiq edilməklə yanaşı, XX əsrdə müsəlman ölkələri xalqlarının məruz qaldığı humanitar fəlakətlər, təcavüzlər və etnik təmizləmələr haqqında düzgün informasiyanın yayılması üçün kampaniyalar keçirilməsi nəzərdə tutulur.

Leyla Əliyeva isə onun təşəbbüsünün nüfuzlu beynəlxalq təşkilat tərəfindən bəyənilməsini yüksək dəyərləndirib: "Bu sənədin qəbul edilməsi Azərbaycan torpaqlarının işğalı faktının beynəlxalq birlik tərəfindən getdikcə daha çox dərk olunmasını və təcavüzkarın mənəvi-siyasi baxımdan daha da təcrid edilməsini əks etdirir. Qətnamə Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti İKT üzvü olan ölkələrdə və mədəniyyətlərarası dialoq vasitəsilə qlobal səviyyədə gənc nəslə çatdırmaq üçün imkan yaradır. Qətnamə bu təşəbbüsün həyata keçirilməsində Foruma geniş səlahiyyətlər verir".

Cari ilin mayında isə İKT Xarici İşlər Nazirləri Şurasının Dəməşqdə keçən 36-cı konfransında nazirlər Gənclər Forumu haqqında qəbul etdikləri yekun qətnamədə "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyasını tam dəstəkləyərək üzv ölkələri bu kampaniyada fəal iştiraka çağırıblar.

Onu da xatırladaq ki, cari ilin fevralında Heydər Əliyev adına Sarayda "Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin təntənəli açılış mərasimi keçirilib. Mərasimə gələn İKT üzvlərinin diqqət yetirdiyi məsələlərdən biri yenə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub və Azərbaycan ərazilərinin işğalı pislənib.

Həmçinin, fevralda İKT-nin Parlament İttifaqının Nigerin Niamey şəhərində keçirilən 11-ci iclasında Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı qəbul edilən sənəddə Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması, bununla bağlı BMT qətnamələrinin və beynəlxalq qurumların qəbul etdiyi qərarların yerinə yetirilməsi tələb olunub.

Bütün bunlar İKT-nin birmənalı şəkildə Ermənistanı işğalçı dövlət kimi tanıdığını və bu işğalçılığa son qoyulması üçün Azərbaycanı tam dəstəklədiyini göstərir. İKT və digər beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı ölkəmizin mövqeyinin birmənalı şəkildə dəstəklənməsi isə sözsüz ki, aparılan uğurlu xarici siyasətin real bəhrəsidir.

 

 

R.İSLAMOĞLU

 

Azərbaycan.- 2009.- 20 iyun.- S. 2, 3.