Ombudsmanların beynəlxalq konfransında Bakı bəyannaməsi qəbul edilmişdir
İyunun 19-da Avropa
Şurasının 60 illiyi və Azərbaycanda İnsan
hüquqları günü münasibətilə ombudsmanların
"Bioetika, insan hüquqları və yeni texnologiyalar:
reproduktiv sağlamlığın və ailə
planlaşmasının hüquqi və etik aspektləri"
mövzusunda VII Bakı beynəlxalq konfransı başa
çatmışdır. Konfransda Bakı bəyannaməsi qəbul
edilmişdir.
Bəyannamədə insan
hüquqlarının səmərəli müdafiəsi məqsədilə
parlament və digər müvafiq qurumlarla, o cümlədən
qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın
inkişaf etdirilməsi, universal və regional beynəlxalq təşkilatlarla,
həmçinin milli insan hüquqları təsisatları ilə
birgə layihələrin həyata keçirilməsi, əhalinin
müxtəlif kateqoriyalarının, xüsusilə zəif
qrupların hüquqlarının müdafiəsi, insan
hüquqları sahəsində təhsilin inkişaf etdirilməsi,
ana və uşaq ölümünün
qarşısının alınması, gender bərabərliyinin
təmin olunması, insan alveri, korrupsiya və digər bu kimi
problemlərin həlli məsələləri əks
olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 20 iyun.- S. 2.