İsveçrənin Basel şəhərində
"Azərbaycana kiçik
səyahət" adlı
tanıtma tədbiri keçirilmişdir
İsveçrənin
Basel şəhərindəki "Union" mədəniyyət
mərkəzində "Azərbaycana kiçik səyahət"
devizi altında tanıtım tədbiri keçirilmişdir.
İsveçrədə
yeni fəaliyyətə başlamış "Azərbaycanın
dostları" cəmiyyətinin təşkil etdiyi tədbirdə
Azərbaycan xalqının tarixi, mədəniyyəti və
bugünkü reallıqları, ölkəmizin hərtərəfli
inkişafı barədə tədbir
iştirakçılarına məlumat verilmişdir.
Diasporla İş
üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən
bildirmişlər ki, əcnəbi qonaqlar Azərbaycan
haqqında bütün bilgilərə böyük maraq
göstərmişlər.
Onların bir çoxu
ölkəmiz haqqında ilk dəfə məhz bu tədbirdə
məlumat aldığını bildirmişdir.
Gecədə dahi Nizami Gəncəvinin
qəzəli Azərbaycan, fars və alman dillərində səsləndirilmişdir.
"Tərəkəmə" və "Qaval" rəqsləri
isə qonaqların sürəkli alqışları ilə
müşayiət olunmuşdur.
Sonda tədbir
iştirakçıları üçün Azərbaycan milli
mətbəxinin ləziz yeməklərindən ibarət
süfrə açılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 20 iyun.- S. 6.