"Avropa" fəaliyyətini genişləndirir

 

2001-ci ildən Azərbaycanda yaradılan "Avropa" distribüter şirkəti məhsulların satışı və istehsalı sahəsində fəaliyyətini genişləndirib.

Belə ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq şirkətin Gəncə, Quba, Göyçay, Sabirabad, Şəki, Lənkəran, Sumqayıt və Bərdədə filialları açılmış, 600-dən çox insan müasir avadanlıqla təchiz olunmuş istehsal sahəsinə cəlb edilmişdir.

Şirkətin direktoru Etibar Kərimova istinadən AzərTAc-ın yaydığı məlumatda bildirilir ki, gündəlik istehsal gücü 30 ton olan makaron, peçenye və biskvit fabrikləri istehsal etdiyi məhsullarla daxili bazarda özünə xüsusi yer tutub və alıcıların rəğbətini qazanıb.

Cari ilin əvvəlindən şirkət idxalçısı olduğu distribüterlərin də sayını 30 faiz artırıb. Rusiyanın müxtəlif regionlarının istehsalçıları ilə səmərəli işbirliyi qurulub.

 

 

Azərbaycan.- 2009.- 20 iyun.- S. 5.