Monqolustanın Prezidenti zati-aliləri cənab Saxiaqiyn Elbeqdorja

 

Hörmətli cənab Prezident!

Monqolustanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Monqolustan münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, dost Monqolustan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 20 iyun 2009-cu il

 

Azərbaycan.- 2009.- 21 iyun.- S. 1.